16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qarabağdakı rus hərbçiləri 366-cı alayın davamçısı 367-ci alaydır, işğalçı kontingentdir
Tarix: 29-11-2022 13:52 | Bölmə: Slayd
Qarabağdakı rus hərbçiləri 366-cı alayın davamçısı 367-ci alaydır, işğalçı kontingentdir

“İndiyə qədər bir neçə dəfə bu mövzuda danışmışam. Amma onları sülhməramlı adlandırmamışam, bundan sonra da adlandırmayacağam. Bunlar 366-cı alayın davamçısı olan 367-ci alaydır, işğalçı kontingentdir. Ərazilərimizdə oturublar, məqsədləri xoşməramlı deyil və getmək fikirləri də yoxdur”.

Bunu Reyting.az-a əslən Xocalıdan olan deputat Elman Məmmədov Qarabağdakı rus sülhməramlılarının fəaliyyətindən və separatçı erməni silahlılarının son hərbi cinayətlərindən danışarkən deyib.

E. Məmmədovun fikrincə, Azərbaycan Xankəndi şəhəri və İrəvan arasında tikdiyi müasir yolda post qoymalıdır:

“Niyə bizim həmin yolda sərhəd-buraxılış məntəqəmiz olmasın? Hər şey qarşılıqlı olmalıdır. Sən dəhliz istəyirsən, Laçın yolu deyirsən, mən də dəhliz istəyirəm. Sən mənə dəhliz vermirsənsə, mən niyə bu dəhlizi sənə verməliyəm? Bəyəm səndən əskik oğlanam? Əsgərimi qoyuram yoluma. Kim gəlib-gedirsə, özüm yoxlayıram. Biz rus əsgərinə arxayın olub ərazimizi itin-qurdun ümidinə buraxa bilmərik.

Biz özümüz-özümüzə sual verməliyik ki, son iki il ərzində Azərbaycandan Naxçıvana yol veriblərmi? Verməyiblər. Bəs biz niyə bunlara yol çəkib, Qarabağdakı terrorçuların Ermənistanla əlaqə saxlamasına göz yummalıyıq? Bunlar da həmin yoldan istifadə edir, üstəlik, ərazilərimizi minalayır, təxribatlar törədir, silahlanır, müharibəyə hazırlıq görürlər. Biz bunun qarşısını almalıyıq”.


E. Məmmədov

Deputat əlavə edib ki, Qarabağdakı hazırkı hərbi kontingent 1990-cı illərdə Azərbaycanda olan həmin rus hərbi kontingentidir:

“Bunlar Xocalıda soyqırımı törədənlərə köməklik göstərib, torpaqlarımızı işğal edib ermənilərə verənlərin davamçılardır. Bunlar onlardan pis olacaq. Bunlar gəliblər, getmək fikrində də deyillər - əgər zorla çıxarmasaq. Bizim üçün sabah təhlükə mənbəyi ola bilərlər. Onlar bizim qanunlarımıza tabe olmurlar, bizim yer adlarımızı öz aləmlərində SSRİ dövründə olan adlarla əvəzləyir, elə təqdim edirlər. Stepanakert, Mardakert, Martuni və s. Elə bilirlər ki, bu ərazi onlara Pyoturdan, dədə-babalarından qalıb. Biz bunlara izah etməli və başa salmalıyıq ki, bura Azərbaycan ərazisidir. Əgər sənin “xeyir-duanla” erməni mənim əsgərimə atəş açırsa, biz buna top mərmisi ilə cavab verməliyik. Əgər əsgərimə güllə atmısansa, deməli, qudurmusan”.

E. Məmmədov bildirib ki, sonuncu silahlı erməni Qarabağdan çıxmayana qədər problem həllini tapmayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}