Vardanyan və Volkov Qarabağda hasil olunan qızılı Ermənistana daşıyır - Video
Tarix: 30-11-2022 23:39 | Bölmə: Slayd
Vardanyan və Volkov Qarabağda hasil olunan qızılı Ermənistana daşıyır

44 günlük müharibə sonrası imzalanan üçtərəfli bəyanata əsasən Qarabağın bir hissəsində müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilsə də, Azərbaycan tərəfi həmin ərazilərdə baş verənlərlə bağlı ətraflı məlumata malikdir.

Reyting.az
xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti süjetdə bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycan bu ərazilərdəki bütün fəaliyyətləri, o cümlədən də qanunsuz hərəkətləri qeydə almaq üçün hər cür texniki imkana malikdir.

Videomaterialda, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı mədəndən qiymətli metalların hasilatının davam etdiyi və əldə olunan sərvətin Laçın yolu ilə Ermənistana daşındığı qeyd olunur.

Daha ətraflı “Caliber”in süjetində:



Video: My Webpage





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}