17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiyanın yeni hədəfi: “Qərbdəki şəhərləri vuracağıq”
Tarix: 01-12-2022 11:41 | Bölmə: Slayd
Rusiyanın yeni hədəfi: “Qərbdəki şəhərləri vuracağıq”

Rusiya-Ukrayna müharibəsində yeni mərhələnin başladığı bir vaxtda prezident Putinin “yeni ordusu” meydana çıxıb.

Reyting.az
xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin “yeni ordusu”nun üzə çıxması ilə məlum olub ki, cəbhədə böyük itkilər verən ruslar az qala, futbol xuliqanlarından ibarət yeni ordu formalaşdırıb. Paytaxt Moskvadan 200 kilometr kənarda yerləşən Tuladan yayılan görüntülərdə yeni əsgərlər 106-cı hava-desant diviziyasında məşq edirlər.

Bu görüntülər qısa zamanda dünya mətbuatında müzakirə olunarkən, Rusiya NATO-ya növbəti dəfə xəbərdarlıq edib. “Qırmızı xətti”ni açıqlayan rəsmi Moskva, bu xətt keçiləcəyi təqdirdə vurulacaq hədəfləri açıqlayıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev alyansın Ukraynaya “Patriot” raket batareyaları tədarük edəcəyi təqdirdə NATO-nun Rusiya ordusunun hədəfinə çevriləcəyini açıqlayıb:

“Əgər NATO Kiyevdəki fanatiklərə şəxsi heyət və “Patriot” sistemi göndərərsə, onlar dərhal silahlı qüvvələrimizin hədəfinə çevriləcək”.

Ötən dövrdə İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Moskvanın bu təhdidlərə qarşı tədbir görməli olacağını bildirən Medvedev, Rusiyanın bölgəyə “İsgəndər” raketləri, hipersəs silahları və nüvə bombaları ilə gəmilər göndərə biləcəyinə işarə edib. Bildirib ki, İsveç və Finlandiyanın NATO üzvü olduğu bir şəraitdə Baltikyanı regionun nüvəsiz statusundan danışmaq mümkünsüzdür.

Medvedev həmçinin xəbərdarlıq edib ki, Ukrayna Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi raketlərdən istifadə edərsə, Moskva qərbdəki şəhərləri vuracaq. “Apokalipsis atlıları yoldadır”,- deyən Medvedev Ukraynaya göndərilən raketlər Rusiyanı hədəf alacağı təqdirdə NATO-nu hərtərəfli hücumla hədələyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}