Rusiyalı oliqarxların sərvəti 75,1 milyard dollar azalıb - Fotolar
Tarix: 01-12-2022 18:23 | Bölmə: Slayd
Rusiyalı oliqarxların sərvəti 75,1 milyard dollar azalıb

Rusiyalı milyarderlərin ümumi sərvəti bu ilin əvvəlindən 75,1 milyard dollar azalıb. Reyting.az xəbər verir ki, “Bloomberg Billionaires Index”in (BBI) hesabatında belə deyilir.

Birlikdə götürdükdə, BBI reytinqinə dünyanın 500 ən varlı şəxsinin adı daxildir. Onlardan 23-ü rusiyalıdır və 2022-ci ilin dekabrın 1-də ümumi sərvətləri 296,03 milyard dollar olub.

Onların ən zəngini “Norilsk Nikel”in əsas sahiblərindən biridir. Vladimir Potanin 2022-ci ilin əvvəlindən sərvətini 92,6 milyon dollar artıraraq 31 milyard dollara çatdırıb.



Reytinq siyahısında ikinci yerdə “Novatek”in həmsahibi Leonid Mixelsondur. Onun sərvəti 5,07 milyard dollar azalaraq 27,4 milyard dollar təşkil edib.

Üçüncü yeri sərvəti 7,79 milyard dollar azalaraq 21 milyard dollara enən polad və mədən şirkəti “Severstal”ın baş direktoru Aleksey Mordaşov tutur.

Dördüncü yerdə ilin əvvəlindən 7,22 milyard dollar itirən NLMK-nın benefisiarı Vladimir Lisindir. Hazırda onun sərvəti 20,8 milyard dollar dəyərindədir.

Beşinci yerdə 20 milyard dollarla “LukOİL”in həmsahibi Vahid Ələkbərov (İdarə heyətini və şirkətin prezidenti postunu tərk edib) qərarlaşıb. Onun bu ilin əvvəlindən itkiləri 1,78 milyard dollar təşkil edib. Lakin “Bloomberg” yenidən hesablayıb və belə qənaətə gəlib ki, onun sərvəti, “LukOİL”dəki bütün payı nəzərə alsaq, nəticədə 12 milyard dollar artıb.

Altıncı yeri ilin əvvəlindən sərvəti 1,42 milyard dollar azalan və hazırda 19,8 milyard dollar dəyərində qiymətləndirilən Əlişir Usmanov (“Metalloinvest”, “Megafon”) tutur.

Reytinqdə yeddinci yerdə sərvəti il ərzində 8,48 milyard dollar azalaraq 13,9 milyard dollar enən “Novatek” və “Sibur”un ortaq sahibi Gennadi Timçenkodur.



Səkkizinci yerdə “EuroChem” və “SUEK”in keçmiş benefisiarı Andrey Melniçenkodur. Onun sərvəti 3,69 milyard dollar azalaraq 13,8 milyard dollar enib.

Doqquzuncu yerdə Mixail Proxorovdur (“Oneksim” qrupu). Onun sərvəti 2022-ci ilin əvvəlindən 627 milyon dollar azalaraq 13,3 milyard dollar təşkil edib.

Onuncu yerdə sərvəti 2,59 milyard dollar azalaraq 11,4 milyarda enən “Alfa Group”un yaradıcısı Mixail Fridmandır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}