17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Professor: “Problemli vəziyyətin ssenari müəllifi Rusiyadır”
Tarix: 02-12-2022 10:24 | Bölmə: Slayd
Professor: “Problemli vəziyyətin ssenari müəllifi Rusiyadır”

“Azərbaycan ilə Ermənistan arasında danışıqların davam etməsi üçün heç bir siyasi şərait yoxdur. Çünki danışığı Ermənistan tərəfi pozub. Son 30 ildə hansı variantdan istifadə edirdilərsə, yenə də həmin ssenaridən yararlanırlar. Həm Köçəryan, həm də Sarksiyan zamanında da problemin həllinə yaxın bir vaxtda belə variantlardan istifadə edirdilər. İndi baş nazir Paşinyan da erməni xislətinə uyğun olaraq həmin varianta əl atır”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev Azərbaycan ilə Ermənistan arasında danışıqlarda yaranmış problemlərlə bağlı deyib.

C. Nuriyev xatırladıb ki, dekabrın 7-də Brüsseldə planlaşdırılan görüşü Ermənistanın baş naziri N. Paşinyan pozub: “Paşinyan Fransanı danışıqlar prosesinə cəlb etmək istəyirdi. Bu da Azərbaycanın maraqlarına zidd idi. Hətta Ermənistan bunu tələb kimi irəli sürürdü. Lakin Azərbaycan prezidenti buna imkan vermədi”.

Professor əlavə edib ki, indi Rusiya fəallaşmaq üçün cəhdlər göstərir:

“Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını qorumaq istəyir. Üstəlik, əlavə etdi ki, əsas məsələ sərhədlərin delimitasiyasıdır və bu zaman 1991-ci il Almata deklarasiyasını əsas kimi göstərdi. Bu bəyannaməyə əsasən Qarabağ tamamilə Azərbaycanın ərazisidir. İndi görünən budur ki, danışıqların davam etməsi Rusiyanın istəyi ilə olacaq. Artıq Rusiya Ermənistanın əli ilə Avropanı bu prosesə buraxmaq istəmir”.

C. Nuriyevin iddiasına görə, yaranmış problemli vəziyyətin ssenari müəllifi Rusiyadır. Çünki Rusiya regionda yenidən möhkəmlənmək istəyir:

“Pol Qoblun yaxşı bir fikri var, deyir ki, nə qədər Rusiya bu məsələdə maraqlıdır problemin həllinə imkan verməyəcək. Yəni problemi yaradan da, onun həllinə imkan verməyən də Moskvadır. Biz də gözləyirik ki, Rusiya nəhayət müsbətə doğru bir addım ata bilər. Təəssüflər olsun ki, bu addımı atmırlar. Ruslar illərin münaqişəsini yaradıb və tərəfləri çıxılmaz vəziyyətlə üzləşdirib. Elə ki, problemin həllinə yaxınlaşırıq Ermənistan Azərbaycanın qəbul etməyəcəyi fikirlər səsləndirir. Ehtimal edirəm ki, bütün bunların arxasında Rusiyanın maraqları durur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}