Putin müxalifətə təzyiqləri artırır - Foto
Tarix: 02-12-2022 14:10 | Bölmə: Slayd
Putin müxalifətə təzyiqləri artırır

Ukrayna ilə müharibədə istədiyi nəticəyə nail ola bilməyən Rusiya lideri Vladimir Putin ölkəsində müxalifətə qarşı təzyiqləri artırmaqda davam edir.

Reyting.az
xəbər verir ki, hazırda Rusiyada tənqidi fikir söyləyənlər “xarici agent” elan edilirlər.

Analitiklərin fikrincə, Rusiya-Ukrayna müharibəsində uğur qazana bilməyən və müxtəlif istiqamətlərdən geri çəkilməyə məbur olan Rusiya ordusunun vəziyyəti prezident Putinin münasibətinə mənfi yöndə ciddi təsir göstərir.

CNN telekanalının xüsusi hesabatına görə, Rusiyanın döyüş meydanındakı uğursuzluqlarına paralel olaraq ölkədə söz azadlığına və müxalifətə təzyiqlər artır. Ölkədə bir çox insan “xarici agent” elan edilsə də, dünəndən etibarən qüvvəyə minən yeni qanunun bu insanlara qarşı tətbiqinin sərtləşdiriləcəyi gözlənilir. İlk dəfə 2012-ci ildə qüvvəyə minən və illər keçdikcə sərtləşdirilən qanunla xaricdən hər hansı dəstək alan hər kəsin “xarici agent” elan edilməsinin yolu təmizlənir. Yeni qanunla bu yardımın maddi olmasına belə ehtiyac yoxdur, səlahiyyətlilər istədikləri hər kəsi həbs edə bilərlər.



Rusiyalı jurnalistlər bu vəziyyətin Rusiya ordusunun Ukraynadakı məğlubiyyətləri ilə birbaşa əlaqəli olduğunu, qorxu faktorunun artırıldığını, məğlubiyyətlərin danışılmasının qarşısının alındığını bildirirlər. Fərqli fikir söyləyənlər “casusluq”da ittiham olunarkən, Rusiya Ədliyyə Nazirliyi ölkədə gənclər arasında məşhur olan Reper Oxxxymiron (Miron Federov) kimi adları “xarici agent” elan edir. Bu səbəbdən ölkədə “xarici agent”lərin siyahısının günü-gündən artdığı və bu kateqoriyaya daxil olan şəxslərin maliyyə hərəkətlərinə ciddi nəzarət edildiyi bildirilir. Üstəlik, bu şəxslərin dərc etdiyi hər bir materialın üzərinə xarici agent olduqları barədə xəbərdarlıq yazılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}