Qərbin yeni sanksiyası: Rusiya neftinin maksimum satışı bir barel üçün 60 dollar olacaq
Tarix: 03-12-2022 11:12 | Bölmə: Slayd
Qərbin yeni sanksiyası: Rusiya neftinin maksimum satışı bir barel üçün 60 dollar olacaq

Uzun sürən danışıqlardan sonra Avropa İttifaqı ölkələrinin nümayəndələri Rusiya neftinin alıcıları üçün qiymət limiti barədə razılığa gəliblər.

Reyting.az
“The New York Times”ə istinadla xəbər verir ki, Polşanın danışıqlardakı nümayəndəsi Anjey Sadosa bu limitin 60 dollar olacağını deyib.

Məlumata görə, G7 və onların müttəfiqləri tərəfindən hazırlanmış siyasət qlobal neft şokunun qarşısını almaqla yanaşı, Rusiyanın gəlirlərini məhdudlaşdırmağa yönəlib.

Bildirilir ki, G7-nin rəsmi elanı 4 dekabr bazar günündən əvvəl veriləcək.

Xatırladaq ki, Brüsseldə limitin müəyyən edilməsi ilə bağlı danışıqlar mübahisəli olub və bir həftədən çox davam edib.

Nəşr qeyd edir ki, bir barel üçün 60 dollar həddi Rusiya neftinin əsas alıcıları Çin və Hindistanın hazırda ödədiyi qiymətdən bir qədər aşağıdır.

Bu, çətin ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları üçün vacib olan neft gəlirlərini kəskin şəkildə azaltsın. Yanvarın 15-dən sonra neftin qiymətindəki dəyişikliklərdən asılı olaraq tavana mütəmadi olaraq yenidən baxılacağı da bildirilir. Beləliklə, o, dünya bazarlarında sanksiya tətbiq olunmayan neftin hazırkı qiymətindən ən azı 5 faiz aşağı olmalıdır. Yekun qərar hələ Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməyib.

Avropa İttifaqının diplomatları, həmçinin Rusiya iqtisadiyyatına və əsas şəxslərə yeni məhdudiyyətlər tətbiq etmək üçün sanksiya danışıqlarının növbəti mərhələsinə başlamağa razılaşıblar. Razılaşma neftin qiymətinin məhdudlaşdırılması ilə bağlı razılığın əldə edilməsi üçün əsasdır, çünki Polşanın başçılıq etdiyi bir sıra sərt ukraynayönlü Avropa ölkələri bu həddi Rusiyanın ixrac gəlirləri üçün kifayət qədər pis hesab etmir.

Qeyd olunur ki, Qərb siyasətçilərinin razılaşdırdığı qiymət həddi Rusiyada hasilatın maya dəyərindən xeyli yüksəkdir və hazırda Rusiya neftinin satıldığı qiymətə yaxındır. Analitiklərin fikrincə, müəyyənləşdirilmiş qiymət həddi Rusiya Federasiyasının gəlirlərinə ciddi təsir göstərə bilməz.

ABŞ mediası yazır ki, Rusiya neftinin avropalı siyasətçilərin razılaşdırdığı maksimum qiyməti onun hazırkı dəyərini üstələyir. “Argus Media”nın məlumatına görə, neft noyabrın 30-da Primorskda bir barel üçün 48 dollardan yüklənib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}