13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
“Ölüm taciri”nin Rusiyaya verilməsi narazılıq yaradıb - Fotolar
Tarix: 10-12-2022 16:51 | Bölmə: Slayd
“Ölüm taciri”nin Rusiyaya verilməsi narazılıq yaradıb

2008-ci ildən ABŞ həbxsanasında saxlanılan və “Ölüm taciri” ləqəbini almış Viktor Boutun Rusiyaya verilməsi, daha doğrusu, Britni Qrinerlə dəyişdirilməsi dünyada təəccüblə qarşılanıb və buna görə Bayden administrasiyası sərt tənqidə məruz qalıb.

Reyting.az
xəbər verir ki, dünya ictimaiyyəti iki gündür məhbus dəyişdirilməsinin gizli tərəflərini araşdırır.

Qeyd edək ki, 56 yaşlı Viktor Bout azad edilərək Moskvaya uçan təyyarəyə mindirilənədək silah alverinə görə ABŞ-da cəzası çəkirdi. Rus hərbi kəşfiyyatının əsas fiqurlarından sayılan Boutun əvəzinə, Bayden administrasiyası Rusiyada 10 aydır həbsdə olan 32 yaşlı basketbol ulduzu Britni Qrinerin azadlığa buraxılmasını təmin edib. Belə məhbus mübadiləsi Rusiyanın böyük qələbəsi kimi şərh olunsa da, ABŞ-da Bayden hökuməti ciddi tənqidlə üzləşib.



Xatırladaq ki, Viktor Boutu tutmaq üçün ABŞ xüsusi xidməti uzun illər əziyyət çəkib. Boutun həbs olunaraq ədalət mühakiməsinə təslim edilməsində Tom Pasquarello böyük əmək sərf edib. Pasquarello ABŞ Narkotiklərlə Mübarizə İdarəsində 2008-ci ildə Boutun tutulması əməliyyatının rəhbəri olub. Beləliklə, Taylandda Viktoru küncə sıxan və ona “Oyun bitdi!”,- deməyi bacaran Pasquarellodur.

ABŞ və Rusiya arasında Əbu Dabidə baş tutan əsir mübadiləsindən sonra açıqlama verən T. Pasquarello deyib ki, dünyanın hər hansı bir yerində silah sövdələşmələri aparmaq potensialına malik olan şəxsin azad edildiyinə inana bilmir: “Bout dünyada hamıdan çox qırğınlarda və iğtişaşlarda iştirak edib. Bu necə bazarlıqdır? Bu, daha çox pulsuz sövdələşmə kimi görünür”.

Pasquarello əmindir ki, mübadilədə ABŞ güzəştə gedib.

“Ölüm taciri” Moskvaya çatar-çatmaz açıqlama verib.



“Qərb Sovet İttifaqının dağılmağa başladığı 1990-cı illərdən bizi bitirə bilməyəcəyinə inanır. İndi etməli olduğumuz heç kimə təslim olmamaq, necə yaşamaq lazım olduğunu müəyyən etmək, müstəqil olmaq və xalqımızı necə inkişaf etdirməkdir. Bu, onlar üçün qəbuledilməzdir”, - Bout Qərbi nəzərdə tutaraq deyib.

ABŞ-da saxlandığı həbsxanada anti-Rusiya rəftarına məruz qalıb-qalmaması ilə bağlı sualı da cavablandıran Bout bildirib ki, həbsxanada rusofobiya ilə qarşılaşmayıb. “Məhkumların çoxu Rusiyaya rəğbət bəsləyir. Hətta Rusiya haqqında heç nə bilmirlərsə, soruşurlar”.

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Boutun Rusiyaya ekstradisiyasını zəiflik kimi şərh edib və Baydeni tənqid hədəfinə gətirib: “Mən belə bir nəticəyə gəlməzdim. Amerikalıların uşaqlıq siyasəti var. Buna inanıram. Bazarlaşmada hər iki tərəfi qane edəcək ortaq nöqtə olmalıdır”.



Reyting.az




Bölməyə aid digər xəbərlər