13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Adamyeyən... - Krollun onlarla qurbanı olub - Fotolar
Tarix: 10-12-2022 17:45 | Bölmə: Slayd
Adamyeyən... - Krollun onlarla qurbanı olub

Anası vəfat etdikdən sonra Yoahim Kroll yeni ünvana köçüb. O, evində saxladığı oyuncaqlar və şirniyyatlar sayəsində uşaqların sevgisini qazanıb.

Y. Krollun köçdüyü ərazidə qəribə hadisələr baş verib: hər yaşda olan insanlar yoxa çıxıb və polislər baş verənləri ərazidə tualet tıxanana qədər başa düşə bilməyib. Kanalizasiyanın tıxanmasına səbəb isə bağırsaq parçaları olub.

Reyting.az bir zamanlar dünyanı şoka salan adamyeyənin şokedici dosyesini təqdim edir:

Yoahim Kroll 17 aprel 1933-cü ildə Almaniyanın Yuxarı Sileziya bölgəsində, indiki Polşanın Hindenburq şəhərində (indiki Zabrze) anadan olub. O, mədənçi ailənin altıncı övladı idi.

Birinci Dünya Müharibəsində məğlub olan Almaniya iqtisadi çöküşlə yanaşı ciddi sosial problemlə də üzləşmiş, cəmiyyəti bir yerdə saxlayan dəyərlər böyük ölçüdə yox olmuşdu. Məhz belə bir mühitdə doğulan Kroll uşaqlıq illərində çarpayısını daim islatdığı üçün ətrafdakılar tərəfindən ələ salınıb. Əqli qüsurlu hesab edilən Krollu bir çoxları “şəhərin axmağı” adlandırıb.

Təqvimlər 1939-cu ili göstərəndə dünya yenidən müharibə dəhşətləri ilə üzləşir. Adolf Hitlerin başçılığı ilə nasist Almaniyası İkinci Dünya Müharibəsini başladır.

Kroll və ailəsi müharibə dəhşətinin ortasında qalan minlərlə ailədən biri idi və baş verənlər Krollun həyatında qırılma nöqtələrindən biri olub.



Atası İkinci Dünya Müharibəsində həlak olduqdan sonra Yoahim anası və 8 bacısı ilə kiçik bir evə köçür. Yoahim fermada işləməzdən əvvəl 5 il məktəbdə oxuyur və çox zəif sosial bacarıqlarla böyüyür. 76 il sonra IQ-ya sahib olduğu aşkarlanan Kroll, 1955-ci ildə vəfat edənə qədər anası ilə yaşayıb.

O, anasının ölümündən sonra Almaniyanın Duisberg şəhərinə köçür və heç kimin fərqinə varmadığı kiçik bir mənzildə tənha həyatını davam etdirir. Evinin yerləşdiyi mənzildə tualetlərin saxlanmasına cavabdeh olan Y. Krollun ətrafındakı uşaqlar evində davamlı oyuncaq və şirniyyatlara görə ona “Yoahim dayı” deməyə başlayır. Kroll tez-tez uşaqları evinə dəvət edir və onlarla sanki ailə üzvləri kimi davranır.

Əvvəlcə heç nə pis görünmürdü. Hətta Krollun evindəki kuklalar belə heç kimin diqqətini çəkmirdi. Kroll cinsi istəklərini boğmaq üçün evində seks kuklaları kolleksiyası saxlyırdı. Qurbanlarını öldürmək üçün məşq edərkən bunlardan da istifadə edirdi.

Təqvimlər 8 fevral 1955-ci ili göstərəndə Kroll uzun illər davam edəcək cinayətlərinə başlayır. Yoahim Valstedde şəhərinin yaxınlığındakı meşədə gördüyü 19 yaşlı İrmqard Streli adlı gənc qızı sürüyərək meşədəki kabinəyə aparır. Gənc qızı boyun nahiyəsindən bıçaqlayıb, sonra onu boğaraq öldürən Kroll cəsədi zorlayıb, sonra onu parçalara ayıraraq yox edib. Polis qətldən 5 gün sonra qızın cəsədini tapıb. Eyni zamanda bölgədə birdən çox qatil olduğu üçün bu qatillərdən birinin qətli törətmiş ola biləcəyini düşünürlər. Beləcə, Kroll heç bir şübhə çəkmədən törətdiyi qətlin məsuliyyətindən yaxa qurtara bilir.



Kroll bu hadisədən sonra bir müddət yoxa çıxır və həbs olunduğu 1976-cı ilə qədər daha 14 nəfəri öldürür. Qurbanlarını öldürməkdən əl çəkməyən Kroll, onları öldürdükdən sonra cinsi təcavüz edib və daha sonra bədənlərindən kəsdiyi hissələri bişirərək yeyib.

Qatil hər dəfə 4 yaşdan 61 yaşa qədər müxtəlif qurbanları uzun fasilələrlə qətlə yetirdiyi üçün diqqət mərkəzindən uzaqlaşıb.

Kroll 1976-cı ildə həbs edildikdə, cinayətlərin açılmasının arxasında yalnız bir səbəbi olur - kanalizasiyada tıxanma.

Polisin adamyeyənlə bağlı araşdırma aparması heç ağla gəlməmişdi.

4 yaşlı qız Marion Ketter Krollun uşaqlara payladığı şirniyyatları və evindəki oyuncaqları bəyənib. Kiçik qızın zəifliyindən istifadə edən Kroll digər qurbanları kimi onu da “tələyə” salır və Ketteri öldürür.

Yoahim Krollun cinayətlərinin üstü Ketter qətlindən sonra aılır.

Bir müddət itkin düşən balaca qızla bağlı araşdırma aparan polis Krollun mənzilinin yerləşdiyi əraziyə çatanda qatilin qonşularından birinin dediklərinə məəttəl qalır. Krollun qonşusu polisə bir müddətdir kanalizasiyadan çürük ət iyi gəldiyini və tıxanmış tualetlərdə ət parçaları olduğunu deyərək polisin diqqətini çəkib. Üstəlik, tualetlərin saxlanmasına cavabdeh olan Kroll qonşusu Oskar Müllerə bunun tualeti tıxayan bağırsaq olduğunu söyləyib. Tualetə baxış keçirməyə qərar verən polis binaya santexnik çağırdıqda dəhşətli hadisələri üzə çıxaran ilk dəlillər tapılır. Tualeti tıxayan Marion Ketterə aid olduğu düşünülən bədən hissələri idi.



Krollun mənzilində axtarış aparmağa qərar verən polis, heç kimin gözünə dəyməyən “Yoahim dayı”ya vəziyyəti izah etdikdə, qatil əvvəlcə tualetdəki parçaların dovşana aid olduğunu desə də, buna razı olmayan polis axtarışa başlayır. Hadisəni araşdıran detektiv Maks Riz Krollun mətbəxinə girərkən gördüklərindən şoka düşüb və üzləşdiyi dəhşətə dözə bilməyərək huşunu itirib.

Krollun mətbəxindəki soyuducuda Marion Ketterə məxsus bədən hissələri olub. Sobanın üstündə qaynayan qazanda balaca qızın əli tapılıb. Polislər tərəfindən saxlanılan Kroll qonşuların təəccüb və dəhşəti içərisində polis bölməsinə aparılaraq ifadəsində törətdiyi qətlləri etiraf edib.

1979-cu il oktyabrın 4-də hakim qarşısına çıxan Yoahim Kroll 1982-ci ilin aprelində 151 günlük məhkəmə prosesindən sonra ömürlük həbs cəzasına məhkum edilib.

“Duisburq adamyeyəni” kimi tanınan qatil 1991-ci il iyulun 1-də 58 yaşında öz kamerasında ürək tutmasından ölüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər