13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İran və Rusiyanın yeni planı dünya üçün təhlükəlidir
Tarix: 11-12-2022 13:59 | Bölmə: Slayd
İran və Rusiyanın yeni planı dünya üçün təhlükəlidir

Yüzlərlə ballistik raket əldə etməyə çalışan Rusiya İranla əlaqələrini gücləndirib. Rusiya İrana böyük hərbi və texniki dəstək təklif etsə də, kritik əməkdaşlığın detalları hələlik bəlli deyil.

Reyting.az
xəbər verir ki, 10 aydır Ukraynaya qarşı genişmiqyaslı hücuma keçən Rusiyanı bu məsələ ilə bağlı ABŞ-dan sonra Böyük Britaniya da tənqid edib.

Britaniyanın BMT-dəki nümayəndəsi dünən gecə bildirib ki, Rusiya İran və Şimali Koreyadan daha təkmil silahlar almağa çalışır və bunun müqabilində “görünməmiş hərbi dəstək” təklif edir.



Diplomat Barbara Vudvord Təhlükəsizlik Şurasının diqqətinə çatdırıb ki, Moskva qışda tükənmiş ehtiyatlarını artırmaq üçün silah tədarük etməyə çalışır.

Bildirilir ki, bu günə qədər Rusiya qüvvələri Ukraynada “mülki insanları öldürmək və mülki infrastrukturu hədəfə almaq” üçün İran istehsalı olan yüzlərlə dron və raketlərdən yararlanıb.

“Rusiya indi yüzlərlə ballistik raket də daxil olmaqla, daha çox silah əldə etməyə çalışır. Bunun müqabilində Rusiya İrana görünməmiş hərbi və texniki dəstək təklif edir”,- deyən Vudvord əlavə edib: “Biz Rusiyanın İrana silah potensialını gücləndirməyə imkan verəcək daha təkmil hərbi komponentlərlə təmin etmək niyyətindən narahatıq”.

Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın İrandan “Şahed-131” və 136 PUA-ları aldığını və son üç həftə ərzində bu cihazların iştirak etdiyi hücumlarla bağlı xəbərlər əldə etdiyini bildirib.

Amerika Birləşmiş Ştatları da Rusiya və İran arasında genişmiqyaslı hərbi tərəfdaşlıqdan təşvişə düşüb və bunu Ukrayna, İranın qonşuları və bütün dünya üçün təhlükəli adlandırıb.



Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın İrana heç vaxt olmadığı kimi hərbi və texniki dəstək verdiyini və iki ölkə arasındakı əlaqələrin “tam müdafiə ortaqlığına” çevrildiyini diqqətə çatdırıb. İranın hərbi baxımdan Rusiyanın “bir nömrəli dəstəkçisi” olduğunu qeyd edən Kirbi İranın avqust ayından bu yana Ukraynaya yüzlərlə PUA tədarük etdiyini vurğulayıb.

Kirbi, həmçinin Moskva və Tehranın Rusiyada dron istehsal etmək üçün ortaq istehsal xətti yaratmağı düşündüyü qeyd edib və ABŞ adından İranı bu yoldan dönməyə, bu addımları atmamağa çağırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər