13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
“Qarabağda ciddi tədbirlər görməyin vaxtı çatıb” - Deputat
Tarix: 12-12-2022 13:36 | Bölmə: Slayd
“Qarabağda ciddi tədbirlər görməyin vaxtı çatıb”
Xankəndi şəhəri

“Bir qrup Azərbaycan vətəndaşının Şuşa yaxınlığında - Laçın yolu istiqamətində çadırlar quraraq aksiya keçirməsini yüksək qiymətləndirirəm. Ermənilərin verdiyi pulun qarşılığında onların cinayətlərinə göz yuman Volkov kimi daha bir rus generalının yaramaz hərəkətlərinin qarşısını almaq üçün bundan da güclü aksiyalar keçirilməlidir. Necə ola bilər ki, cinayətkarlar, diversiya qrupları, separatçılar, Azərbaycana düşmən olan şəxslər Laçın yolundan sərbəst istifadə edə, separatçılara dəstək verə bilir, ancaq Azərbaycan vətəndaşlarına öz dövlətinin ərazisində hərəkət etmək qadağandır? Bu, anormal hərəkətdir. Buna qarşı kütləvi aksiyalar gücləndirilməlidir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov bu gün səhər saatlarında vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunu bağlamasına və sülhməramlıların nəzarəti altında olan ərazilərdə ekoloji soyqrımın dayandırılması tələbi ilə aksiya keçirməsindən danışarkən deyib.

E. Məmmədovun sözlərinə görə, rus sülhməramlıların komandanı general Volkov və onun Moskvadakı başbilənləri başa düşməlidir ki, Azərbaycan vətəndaşı öz ölkəsinin ərazisində sərbəst hərəkət etmək hüququna malikdir, nəinki cinayətkarlar və separatçılar. Deputat diqqətə çatdırıb ki, sülhməramlı adı altında Azərbaycan ərazisində yerləşmiş rus hərbi kontingenti faktiki olaraq separatçı-cinayətkarlarla əməkdaşlıq edir.

E. Məmmədov bildirib ki, dekabrın 10-da ekoloji vəziyyəti araşdırmaq üçün rus sülhməramlı kontingentin məsuliyyət zonasına daxil olan Azərbaycan nümayəndə heyətinin təxribatla üzləşməsi sülhməramlılarla separatçılar arasında əməkdaşlığı göstərir: “Ondan öncə həmin yolda İctimai Televiziyanın jurnalistinin aksiyası da bunu göstərdi. Yəni belə çoxsaylı faktlar var. Bizə öz ölkəmizin ərazisinə daxil olmaq, yollardan istifadə etmək qadağandır, ancaq kimlərsə bu yolla sərbəst gəlib-gedir. O cümlədən İrandan gələn terrorçular. Və ya Ruben Vardanyan hətta bu yolla gəlib Xankəndi şəhərində yaşaya bilir”.

Deputat xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi rus sülhməramlıların davranışı ilə bağlı Rusiyaya müvafiq nota verib. Onun sözlərinə görə, bu notalar əvvəl də olub, eləcə də açıq etirazlar bildirilib, amma nəticəsi olmayıb.

E. Məmmədov sonda əlavə edib ki, vəziyyəti kökündən dəyişdirmək üçün Qarabağda ciddi tədbirlər görməyin vaxtı çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər