13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Tehrana xəbərdarlıq: “İran nüvə silahı əldə etsə...”
Tarix: 12-12-2022 14:11 | Bölmə: Slayd
Tehrana xəbərdarlıq: “İran nüvə silahı əldə etsə...”

“İran nüvə silahı əldə edərsə, bütün variantlar masada olacaq”.

Reyting.az
xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Ferhan Əl Səid Əbu-Dabi şəhərində keçirilən Dünya Siyasəti Konfransında bəyan edib.

Bin Ferhan deyib ki, ölkəsinin İranın nüvə razılaşmasına şübhəsi var.

Təhlükəli bölgədə olduqlarını bildirən nazir əlavə edib ki, bölgədəki dövlətlərin öz təhlükəsizliklərini təmin etmələrini gözləyirlər: “Biz iranlılardan eşidirik ki, onların nüvə silahı proqramında heç bir marağı yoxdur. Buna inanmaq çox təsəlliverici olardı. Bu barədə bizə daha çox təminat lazımdır”.

Bildirilir ki, əgər İranın nüvə silahı işlək vəziyyətdə olarsa, hər şey bitmiş sayılacaq və region dövlətləri öz təhlükəsizliklərini necə təmin edə biləcəklərini mütləq araşdırmalıdırlar.

Qeyd edək ki, hazırda İran və MAQATE arasında mübahisə yaşanır. İranda Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) bildirilməyən üç yerdə nüvə tapıntılarının aşkarlanması və sözügedən nüvə tapıntıları ilə bağlı Tehran rəhbərliyinə ünvanlanan suallara cavab verilməməsi tərəflər arasında gərginliyə səbəb olub. MAQATE Tehranın bu üç yerlə bağlı bəyanatının texniki cəhətdən inandırıcı olmadığını bildirdikdən sonra MAQATE-nin İcraiyyə Şurası iyunun 8-də İran əleyhinə qərar qəbul edib.

Bu sonra İran iyunun 9-da 2015-ci il razılaşması çərçivəsində nüvə proqramını izləmək üçün Agentliyin istifadə etdiyi kamera sistemləri başda olmaqla müxtəlif avadanlıqları yığışdırmağa başladığını açıqlayıb.

Noyabrın 2-də İran MAQATE ilə fikir ayrılıqlarını azaltmaq üçün Vyanaya nümayəndə heyəti göndərdiyini, MAQATE prezidenti Rafael Mariano Qrossi isə noyabrın 9-da İranın son iclasda “yeni heç nə təklif etmədiyini” diqqətə çatdırıb.

İranı nüvə proqramı üzrə MAQATE ilə əməkdaşlıq etməməkdə günahlandıran ABŞ, Fransa, Almaniya və İngiltərə MAQATE İcraiyyə Şurasına İranın “təcili olaraq MAQATE ilə əməkdaşlığını” vurğulayan qətnamə hazırlayıb.

Noyabrın 17-də MAQATE-nin İcraiyyə Şurası tərəfindən səsə qoyulan və 35 ölkədən 26-nın səsini qazanan qətnamədə MAQATE ilə adekvat əməkdaşlıq etməməkdə ittiham olunan İran “üç elan olunmamış yerdə uranın izlərinin olmasına dair” dərhal məqbul texniki izahat verməyə çağırılıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian noyabrın 19-da verdiyi açıqlamada MAQATE İcraiyyə Şurasının Tehrana qarşı qəbul etdiyi qərarın siyasi olduğunu və bu qərara cavab verəcəklərini bildirib.




Bölməyə aid digər xəbərlər