13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirir - Professor
Tarix: 12-12-2022 15:19 | Bölmə: Slayd
Rusiya Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirir

“Rəsmi Moskva özünü müalicəsi mümkün olmayan şizofreniya xəstəsi kimi aparır. Onlar sanki başqa xalqlara zülm etməkdən, onları qızışdırıb dalaşdırmaqdan və yaxud torpaq istilasından zövq alırlar. Nisbətən kiçik xalqlar dalaşdırmaq rusların imperiya “ənənələrindən” irəli gəlir. İndi bunu rus xalqının böyük bir hissəsində müşahidə etmək mümkündür. Siyasi elitanın - prezident Putinin ətrafındakı mafioz qruplaşmaların hərəkətləri isə daha təhlükəlidir”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli Rusiyanın Cənubi Qafqaz siyasətini və sülhməramlıların son davranışlarını qiymətləndirərkən deyib.

Q. Hüseynli əlavə edib ki, Ukrayna savaşında ardıcıl məğlubiyyətə uğrayan Rusiya yenidən özünü Cənubi Qafqaza yönəldir.

Professorun iddiasına görə, Cənubi Qafqaz uğrunda rusların ABŞ və Avropa Birliyi ilə ciddi boğuşması gözlənilir:

“Rusiya Qərbin müəyyən hərəkətlərinə qarşı əlaltılarını meydana yığmağa çalışır. Bu səbəbdən də Qarabağdakı separatçıları fəallaşdırır. Ukrayna cəbhəsində olduğu kimi Cənubi Qafqazda aranı qarışdırmağa müvəffəq olsalar da, son nəticədə uğur qazana bilməyəcəklər. Onların buradan rüsvayçı formada ayrılacağı gözlənilir”.

Q. Hüseynlinin fikrincə, normalda Rusiya bölgədə ədalətli mövqe tuta, tərəflər arasında normal vasitəçilik edə bilərdi. Belə olduqda Rusiyanın nüfuzu bölgədə daha da yüksələr, ədalətli vasitəçi kimi önə çıxardı. Amma erməni separatçıları ilə gizli əməkdaşlıq, Azərbaycana qarşı təxribatlar ruslara başucalığı gətirməyəcək.

Professor sonda diqqətə çatdırıb ki, Azərbaycan bölgənin ən güclü ölkəsidir və Rusiya Azərbaycan Xarici İşlər Nazirliyinin son notasından nəticə çıxarmalıdır.

Reyting.az






Bölməyə aid digər xəbərlər