13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya yeni gücünü göstərir, Çin kosmosda liderliyi ələ almağa çalışır
Tarix: 13-12-2022 12:18 | Bölmə: Slayd
Rusiya yeni gücünü göstərir, Çin kosmosda liderliyi ələ almağa çalışır

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı başlatdığı müharibə tam sürətlə davam edərkən, Çin ilə Tayvan arasındakı gərginlik də artır. Həm Çinə, həm də Rusiyaya məxsus hipersəs raketləri Qərbdə, xüsusən də ABŞ-da narahatlıq yaratsa da, ABŞ-ın yeni qərarı da dünyada müzakirə predmetinə çevrilir.

Reyting.az
xəbər verir ki, ABŞ uzun müddətdir üzərində işlədiyi yeni hipersəs raketini bir müddət öncə cəmiyyətə tanıdıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bunun ilk əməliyyat sınağı olduğunu, “B-52” bombardmançı təyyarəsindən atılan raketin səsdən 5 dəfə daha sürətli hərəkət etdiyini açıqlayıb.

Qeyd edək ki, üç ildir bir sıra uğursuz sınaqlarla üzləşən ABŞ, Rusiya və Çindən sonra bu silaha sahib olduğunu dünyaya bəyan edib. Hərbi analitiklər isə bu sınağın Rusiya və Çinə mesaj olduğunu düşünürlər.



Onu da diqqətə çatdırırıq ki, Rusiya prezidenti V. Putin ilin sonuna qədər hipersəsli “Satan-2” nüvə raketinin ikinci sınağına dair təcili göstəriş verib.

Putinin tapşırığından sonra ABŞ öz donanmasına aid yeni hazırlanmış döyüş gəmilərinin nüvə silahı potensialının artırılmasına dair tənzimləmə edib.

“Satan 2”-nin İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir. Dünyanın o biri tərəfindəki hədəfləri vura bilən Rusiyanın “RS-28 Sarmat” raketi İngiltərənin paytaxtı Londona da çata biləcək mənzilə malikdir. Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vura bilər.

ABŞ mətbuatı isə yazır ki, “RS-28 Sarmat” ABŞ-a da çatmaq qabiliyyətinə malikdir.

Bu arada ABŞ Kosmik Qüvvələrinin əməliyyatlar üzrə vitse-prezidenti general Devid Tompson Çinin artan hərbi kosmik potensialından narahatlığını ifadə edib. Çinin kosmosda ilk zərbə qabiliyyətinə malik olub-olmaması ilə bağlı suala Tompson “potensial var”,- cavabını verib.

“2020-ci illərin sonuna kimi onların kosmosda lider olmalarının proqnozlaşdırıla bilən bir nəticə olduğunu düşünmürəm, lakin onlar inanılmaz sürətlə irəliləyirlər”,- general deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər