13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qarabağdakı son təxribatların göstərişini hansı dövlət verir?
Tarix: 13-12-2022 16:52 | Bölmə: Slayd
Qarabağdakı son təxribatların göstərişini hansı dövlət verir?

“Qarabağda müşahidə etdiyimiz proseslərin bu həddə çatmasının əsas səbəbkarı Rusiyadır. Çünki Rusiya tərəfi həm 10 noyabr üştərəfli bəyanatının, həm də Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli Müttəfiqlik haqqında memorandumun şərtlərinə əməl etmir”.

Bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov bir qrup azərbaycanlı fəalın Xankəndi-Gorus yolunu iki gündür ki, bağlaması və Qarabağda ekoloji durumla bağlı müvafiq araşdırmalar aparmaq üçün Azərbaycan mütəxəssislərinin əraziyə buraxılması tələbi ilə keçirdikləri aksiyanı şərh edərkən deyib.

O. Qasımov xatırladıb ki, üçtərəfli razılaşmanın şərtlərinə görə, Rusiya Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılmasını təmin etməli olsa da, bunu etməyib. İndi Qarabağda baş verən təxribatların əsas səbəbi də budur.

O. Qasımov əlavə edib ki, 2022-ci ildə imzalanmış Müttəfiqlik memorandumuna baxmayaraq Rusiya tərəfi özünü müttəfiq kimi aparmır:

“Həmin Müttəfiqlik sazişinin şərtlərinə görə, tərəflər bir-birinin ərazi bütövlüyünə dəstək verməlidir. Biri digərinin ərazində separatçı hərəkətlərə dəstək verməməli, separatçılıq və terrorçuluğa qarşı mübarizə aparmalıdırlar”.

O. Qasımov bölgədə yaranmış mənzərəni də qiymətləndirib:

“Rusiyanın “sülhməramlı” adlandırılan kontingenti Qarabağda qalan separatçı silahlı dəstələrdən istifadə edərək təxribatlar törədir. Ö cümlədən qanunsuz olaraq Azərbaycan dövlətinə məxsus olan dağ mədən və yataqlar istismar edilir. Sülhməramlılar məhz bu obyektlərin yerləşdiyi ərazilərin Azərbaycanın suverenliyinə daxil olmasına əngəl yaradırlar. Son iki ildə belə fəaliyyət davam edir”.

O. Qasımov ehtimal edir ki, Azərbaycan ilə Qarabağdakı bəzi ermənilər arasında müəyyən əlaqələr qurulub və bu, çox üman ki, Rusiyanı məmnun etmir:

“Rusiya hesab edir ki, onun idarə etdiyi gərginlik ocağının qalması maraqlarına tam uyğundur. Çünki Rusiya burada yerləşdirdiyi hərbi kontingentə sülhməramlı mandatının verilməsini və bu mandatın uzunmüddətli olmasını istəyir. Hesab edirəm ki, əsas təxribatlar həm də bu məsələdən qaynaqlanır”.

Müsahibimiz sonda qeyd edib ki, indi baş verənlər Volkov-Vardanyan cütlüyünün əməli deyil. Bu, Moskvadan verilən təlimatlar əsasında rus dövlətinin Qarabağda reallaşdırdığı siyasətdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər