13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Tofiq Zülfüqarov: “Ermənilərin ambisiyalarına ciddi yanaşılmayacaq”
Tarix: 13-12-2022 18:07 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Ermənilərin ambisiyalarına ciddi yanaşılmayacaq”

“Türkiyə-Rusiya münasibətlərində gərginliyin artması ilə bağlı deyilənlərə ciddi yanaşmıram. Türkiyə-Rusiya münasibətləri o qədər geniş və çoxtərəflidir ki, onun bir istiqamətində gərginlik olsa da, digər istiqamətində inkişaf meyllərini görə bilərik. İndi İstanbulda ABŞ və Rusiya nümayəndələri geniş müzakirələr aparırlar. Orada yalnız Ukrayna məsələsi deyil, təhlükəsizlik də müzakirə olunur və tərəflər bundan razıdır”.

Bu sözləri Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya-Türkiyə münasibətlərindən danışarkən deyib.

T. Zülfüqarov əlavə edib ki, Rusiya xarici işlər naziri təmaslar üçün Türkiyənin optimal yer olduğunu bildirib.

Keçmiş nazirin fikrincə, Türkiyə və onun indiki rəhbərliyi öz siyasi dəsti-xətti ilə elə mövqedədir ki, həm Rusiya, həm də Amerika ona inanır: “Yəni dünya üçün ciddi problemlər yarada biləcək məsələlər məhz Türkiyədə və onun rolu sayəsində həllini tapır. Məsələn, dünya taxıl problemi ilə üz-üzə qalmışdı. Məhz Türkiyənin vasitəçiliyi ilə bu qlobal problem həllini tapdı, dünya taxıl problemini qismən də olsa həll edə bildi. Eyni zamanda Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi məsələsi də məhz Türkiyənin təşəbbüsü ilə həll edilir. Yəni problemli məsələlərin həllində Türkiyənin rolu danılmazdır”.

T. Zülfüqarov diqqətə çatdırıb ki, indiki halda Rusiya-Türkiyə münasibətlərinin pozulmasında yalnız Ermənistan maraqlıdır. Onun sözlərinə görə, ermənilər Moskva-Ankara münasibətlərinin pozulması üçün əllərindən gələni edirlər: “Ancaq buna nail ola bilərlərmi? Düşünürəm ki, yox! Mən inanmıram ki, indiki mərhələdə ermənilərin ambisiyalarına ciddi yanaşılsın”.

Reyting.az




Bölməyə aid digər xəbərlər