13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ermənistan məğlubiyyəti ilə barışmaq məcburiyyətində qalacaq
Tarix: 14-12-2022 13:01 | Bölmə: Slayd
Ermənistan məğlubiyyəti ilə barışmaq məcburiyyətində qalacaq

“Ermənistan məğlub ölkədir, nə güclü ordusu var, nə də güclü hərbi müttəfiqləri. Buna baxmayaraq, sülh sazişi imzalamırlar. Niyə? Çünki bilirlər ki, saziş imzalandıqdan, Qarabağ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanındıqdan sonra “heç kim” olacaqlar. Yəni 30 ildə qazandıqlarını birdən-birə itirmək onlar üçün böyük problemlər yaradacaq. Bu səbəbdən də sülh sazişi imzalamağı gecikdirirlər. Amma belə vəziyyət uzun müddət davam edə bilməz”.

Bu sözləri Reyting.az-a “Turan” İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev deyib.

M. Əliyev əlavə edib ki, Emənistanın sülh sazişi imzalamaqdan başqa yolu yoxdur:

“Əvvəlcə deyilirdi ki, 2020-ci ilin sonuna qədər sülh sazişi imzalanacaq, amma bu baş vermədi, proses 2023-cü ilə keçdi. Ümid edirəm ki, qarşıdakı ildə sülh sazişi imzalanar. Əlbəttə, hər şeyi birdən itirmək Ermənistan üçün çətindir, amma alternativ variantları da yoxdur. Bu mənada sülh sazişinin imzalanması üçün Ermənistana təzyiqlər ediləcək. 12-13 sentyabr hadisələrini müşahidə etdik və belə halların təkrarlanması istisna deyil”.

M. Əliyev diqqətə çatdırıb ki, Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti də tənqidlər doğurur. Amma müharbədən sonrakı dövrdə Rusiyanın mövqeyinin Azərbaycana qarşı olması müşahidə edilmir.

Müsahibimiz qeyd edib ki, hazırda geosiyasi platformada olan əsas oyunçular məsələnin həllində maraqlıdır. Bu səbəbdən də Ermənistan narahatdır. Düşünürlər ki, hər şeyi itirməyə doğru gedirlər. Onların gücü də yoxdur. Bu halda heç nə edə bilməzlər. Vaxt qazanıb revanş götürmək üçün perpektiv və resursları da mövcud deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər