13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Xərçəng xəstəliyinə qarşı peyvənd hazırlanıb - Fotolar
Tarix: 15-12-2022 11:34 | Bölmə: Slayd
Xərçəng xəstəliyinə qarşı peyvənd hazırlanıb

ABŞ-da koronavirusa (COVİD-19) qarşı peyvənd istehsal edən şirkət xərçəng xəstəliyi əleyhinə peyvənd hazırlayıb.

Reyting.az
xəbər verir ki, koronavirusa peyvəndi istehsal edən “Moderna” şirkəti xərçəng xəstəliyinə qarşı peyvənd üçün gözlənilən nəticələri əldə edə bilib.

Şirkətin açıqlamasında qeyd olunur ki, bu, tibb elmi sahəsində əsas müzakirə mövzusuna çevrilib.

“New York Post” qəzeti xəbər verir ki, peyvənd dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli nəticələr ortaya qoyub.

Merck tərəfindən hazırlanan “Keytruda” adlı dərman peyvəndlə birlikdə istifadə edilərsə, ölümcül dəri xərçəngi zamanı ölüm və ya xəstəliyin təkrarlanma riski azalır. “Keytruda”dan istifadə riski yüzdə 44 azaldıb.



Qeyd olunur ki, fərdi peyvəndlər istehsal edən şirkət ilk növbədə xəstədən şiş və sağlam toxuma nümunələrini götürür. Daha sonra komanda xəstəyə xas xərçəng peyvəndi yaratmaq üçün gen ardıcıllığını, mutasiyaya uğrayan zülalları və digər məlumatları təhlil edir.

157 dəri xərçəngi xəstəsini üçüncü və dördüncü mərhələdə araşdıran alimlər yan təsir riskini 14,4 faiz təyin ediblər.

“Moderna” adından açıqlamalar verən şirkətin tibbi inkişaflar üzrə vitse-prezidenti Paul Burton deyib ki, tədqiqatın nəticələri xərçəngin müalicəsində yeni perspektiv təmin edəcək.

Onu da qeyd edək ki, “Moderna” bu sahədə çalışan yeganə şirkət deyil. İstehsal etdikləri koronavirus peyvəndi ilə milyonlarla insanın həyatını xilas edən professor Uğur Şahin və professor Özlem Türeci də xərçəng peyvəndi üçün çox çalışır. Türkiyəli alimlər mRNT əsaslı xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl hazır ola biləcəyini deyiblər.



“BioNTech” pandemiya başlamazdan əvvəl MRNA əsaslı xərçəng vaksinləri üzərində işləyirdi. Bununla belə, şirkət qlobal fövqəladə vəziyyət qarşısında COVID-19 peyvəndi istehsal etmək üçün hərəkətə keçməli olub. “BioNTech” hazırda klinik sınaqlarda olan bir çox xərçəng peyvəndinə malikdir. Türeci bildirib ki, “Pfizer/BioNTech” peyvəndinin müvəffəqiyyəti xərçəng xəstəliyi ilə bağlı araşdırmaları sürətləndirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər