13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya BMT Təhlükəsizlik Şurasından qovula, SSRİ varisliyindən çıxarıla bilər
Tarix: 15-12-2022 13:14 | Bölmə: Slayd
Rusiya BMT Təhlükəsizlik Şurasından qovula, SSRİ varisliyindən çıxarıla bilər

BMT Nizamnaməsində Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkənin Şuradan çıxarılması ilə bağlı heç bir müddəa yoxdur, lakin bu, Rusiya Federasiyasının Sovet İttifaqının kürsüsünün varisi statusu ilə bağlı mübahisəli olduğu halda mümkündür.

Reyting.az
-ın xəbərinə görə, ABŞ-da müstəqil hökumət insan haqları təşkilatına rəhbərlik edən iki qanunverici ölkə Konqresinə prezident Co Baydeni Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasına çağıran qətnamə təqdim edib.

İkitərəfli Helsinki Komissiyası Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsinin BMT-nin məqsəd və prinsiplərini pozduğunu qəbul etməyə çağırır.

“Foreign Policy” nəşri bu barədə deyilənləri təsdiqləyib və qeyd edib ki, hazırda bu istiqamətdə müəyyən işlər görülür.

Hələ oktyabr ayında Helsinki Komissiyası Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvü statusuna etiraz etmək xahişi ilə ABŞ dövlət katibi Entoni Blinkenə müraciət edibmiş. İndi demokrat konqresmenlərdən Stiv Koen və respublikaçı Co Vilson deyir ki, Rusiya BMT Nizamnaməsini kobud şəkildə pozub və bu, onun Təhlükəsizlik Şurasında yer almaq hüququnu şübhə altına alır. Söhbət Ukraynanın dörd vilayətinin ilhaqı ilə bağlı qeyri-qanuni səsvermədən, Ukrayna şəhərlərində vəhşiliklər törətməkdən, nüvə silahı ilə hədələməkdən və dünyanın ərzaq təminatını riskə atmaqdan gedir. Məhz bu əməllərinə görə, Rusiya Təhlükəsizlik Şurasından qovula bilər.

Lakin ekspertlər Rusiya Federasiyasının Təhlükəsizlik Şurasından çıxarılmasının mümkünlüyünə şübhə ilə yanaşırlar. Çünki BMT Nizamnaməsində daimi üzvün çıxarılmasına imkan verən heç bir müddəa yoxdur. Onu aradan qaldırmaq üçün Nizamnaməyə düzəliş tələb olunacaq, lakin bunun üçün Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin razılığı lazımdır. Beləliklə, Rusiya bu təklifə veto qoya bilər.

Bununla belə, Rusiya Federasiyasına münasibətdə başqa variant da var - Rusiyanın Təhlükəsizlik Şurasındakı keçmiş Sovet İttifaqı kürsüsünün varisi statusuna etiraz etmək və bunu tanımamaqdır.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, BMT Təhlükəsizlik Şurasında bir yer “hələ də işğal altındadır”. Prezident əmindir ki, artıq dünyada heç kim rus yalanlarını eşitmək istəmir.

Rusiya mütəmadi olaraq BMT-dəki üzvlüyündən sui-istifadə edərək çox qəribə bəyanatlar verir. Oktyabrda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Ukrayna ərazisində infeksiyaya yoluxmuş ağcaqanadları daşımalı olan dronlar aşkarlanıb.

BMT artıq Rusiyanın Təhlükəsizlik Şurasına öz təbliğat bəyanatları ilə yüklənməsindən hiddətlənir, heç biri həqiqətə uyğun gəlmir. Bu isə imkan yaradır ki, BMT və onun Təhlükəsizlik Şurasında anti-Rusiya prosesi başlasın.

Reyting.az




Bölməyə aid digər xəbərlər