13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Şuşadakı etiraz aksiyasında yeni tələblər irəli sürülüb
Tarix: 15-12-2022 14:42 | Bölmə: Slayd
Şuşadakı etiraz aksiyasında yeni tələblər irəli sürülüb

Qarabağda faydalı qazıntı yataqlarının separatçı ermənilər tərəfindən qanunsuz istismarına və Azərbaycan ərazilərindəki ekoloji terrora etiraz əlaməti olaraq Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları yeni tələb irəli sürüblər.

Reyting.az
xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər.

Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənitanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının olması tələbini irəli sürüblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağdakı erməni separatçılarının başçısı Araik Arutunyan və Ruben Vardanyanın Azərbaycan ərazisini tərk etməsi ilə bağlı da şüarlar səsləndirirlər:

“Arutunyan rədd ol!”, “Vardanyan rədd ol!”.

Onu da xatırladaq ki, azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatı (QHT) nümayəndələrinin etiraz aksiyası keçirməsinə səbəb 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmasına maneə tördilməsidir.




Bölməyə aid digər xəbərlər