17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

18:04 / 11-06-2025

17:43 / 13-06-2025

Rusiya Qarabağdakı gərginlikdən düşmənlərinə qarşı istifadə edir
Tarix: 15-12-2022 18:07 | Bölmə: Slayd

Qarabağda faydalı qazıntı yataqlarının separatçı ermənilər tərəfindən qanunsuz istismarına və bundan irəli gələn ciddi ekoloji problemlərə etiraz əlaməti olaraq azərbaycanlı fəalların, QHT nümayəndələrinin və jurnalistlərin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya davam edir. Aksiya iştirakçıları artıq yeni tələblər də irəli sürürlər.
Politoloq Fərhad Məmmədov Reyting.az-a deyib ki, tərəflər öz mövqelərini açıqlayıb və sona qədər dayanmağa hazır olduqlarını nümayiş etdiriblər.
Onun sözlərinə görə, Azərbaycan aksiyanın keçirildiyi ərazidə müəyyən infrastruktur da yaradıb, hətta dünən aksiya iştirakçıları futbola da baxa biliblər.
F. Məmmədov xatırladıb ki, Ermənistan və Qarabağ erməniləri aksiya ilə bağlı şikayətlər etməyə başlayıblar: “Rusiya isə ilk gündə vasitəçilik etdi və sonda gözləmə mövqeyi tutdu. Yəni qərarların verilməsinə məsuliyyət daşımadı, Azərbaycanın tələblərini çatdırdı və Ermənistanın cavabını dinlədi”.
Politoloqun fikrincə, rusların hazırkı mövqeyi 44 günlük müharibədəki mövqeyinə bənzəyir, yeganə fərq odur ki, indi Rusiya “sahədədir”, lakin mandatsızdır. Buna baxmayaraq, tərəflərdən biri digərinin şərtlərini qəbul edənə qədər gözləyəcəklər.
F. Məmmədov diqqətə çatdırıb ki, Laçın yolunun taleyi hazırda baş verən bir çox prosesin əsasıdır və Azərbaycan yola nəzarəti öz üzərinə götürüb.
Politoloq xatırladıb ki, rəsmi Bakı bir müddət əvvəl Qarabağdakı separatçı ermənilərin qanunsuz əməlləri və Rusiyanın ərazidə olan hərbi kontingentinin buna laqeyd münasibəti ilə bağlı faktlar nümayiş etdirib. Məsələn, Azərbaycan ərazilərinə qanunsuz keçən İran diversantlarının fotoları, onlarla bağlı digər məlumatlar, eləcə də təbii sərvətlərin talan edilməsini əks etdirən videolar yayılıb. Buradan belə aydın olur ki, rus sülhməramlıları müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində işlərinin öhtəsindən gələ bilmir və yaxud bunu istəmirlər.
Bəs Rusiya bölgəyə Azərbaycanla birgə nəzarət etməyə razıdırmı?
F. Məmmədov bu suala “Əlbəttə, yox!”,- cavabını verib. Amma düşünür ki, Rusiya sonda Azərbaycanın tələbi ilə razılaşmağa məcbur olacaq.
Onun fikrincə, artıq Rusiyanın “Vardanyan layihəsi” də uğursuzluğa düçar olub.
F. Məmmədov güman edir ki, Rusiya qərarın üçtərəfli formatda verilməsində məsuliyyəti bölüşməyə çalışır. “Əgər Azərbaycan Ermənistanla münasibətləri və Qarabağdakı prosesləri bölüşürsə, Rusiya yenə də bütün prosesləri Ermənistanın iştirakı ilə üçtərəfli formatda etməyə çalışır”, - F. Məmmədov əlavə edib:
Müsahibimiz deyib ki, rəsmi Bakı Ermənistanın iştirakı ilə Qarabağ məsələsində qərarlar qəbul etmək fikrində deyil: “Ona görə də Rusiya indi gözləmə mövqeyindədir, Ermənistanın himayədarları isə rəsmi Bakıya təzyiqi artırır. Yəni ABŞ-ın, Avropa İttifaqının, Fransanın Azərbaycana qarşı birtərəfli bəyanatları indiki vəziyyətdə Rusiyanın taktikasına uyğundur. Bu, Vardanyanı Qarabağda saxlamağa, sülh müqaviləsi prosesini pozmağa, Qərbin proseslərə təsir etmək imkanının olmadığını göstərir”.
F. Məmmədov qeyd edib ki, Azərbaycan üçün Şuşa-Laçın yoluna nəzarət vacibdir və bu, reinteqrasiya prosesinin başlanğıcıdır. Bu, eyni zamanda Qarabağ erməniləri arasında miflərin məhvi və “Vardanyan layihəsi”nin dağıdılmasıdır: “Digər tərəfdən, əgər Ermənistan yalan danışmırsa və doğrudan da, silahlı qüvvələrini Qarabağdan çıxarıbsa, separatçı qüvvələrə silah-sursat, mina vermirsə və qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul deyilsə, o zaman Azərbaycanın Laçın yoluna nəzarət etməsinə niyə etirazını bildirir? Deməli, Ermənistanın yerinə yetirmədiyi başqa məqamlar da var”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb