13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Sülməramlıların digər postlarında da etiraz aksiyaları keçirilməlidir - Professor
Tarix: 16-12-2022 12:08 | Bölmə: Slayd
Sülməramlıların digər postlarında da etiraz aksiyaları keçirilməlidir

"Hazırda Laçın yolu bağlanıb, amma orada insanlar yaşadığı üçün yol uzun müddət qapalı qala bilməz. Çünki dərman və qida məhsulları aparıb-gətirməlidirlər. Yolun bağlanmasına səbəbkar həm də ərazidəki rus sülhməramlılardır. Bizim aksiya keçirən eko-fəallar tələb edirlər ki, azərbaycanlı mütəxəssisləri monitorinq üçün qızıl mədənlərinin yerləşdiyi ərazilərə buraxın! Sülhməramlılar da onları buraxmır və bu zaman yol bağlanır”.

Bunu Reyting.az-a professor Fərhad Mehdiyev Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasından danışarkən deyib.

F. Mehdiyev diqqətə çatdırıb ki, yolun bağlanmasını ancaq eko-fəallarla əlaqələndirmək olmaz, bu məsələdə sülhməramlıların da məsuliyyəti var: “Onlar eko-fəalların tələblərini yerinə yetirməli, mütəxəssilərin yataqlarda monitorinqlər aparmasını təmin etməlidir. Belə oduqda, yol açılacaq. Deməli, bu işdə sülhməramlıların məsuliyyəti böyükdür".

Professor xatırladıb ki, Qarabağın dağlıq hissəsində ermənilər də yaşayır və onların zəruri mallara çıxışı təmin edilməlidir: “Azərbaycan Qarabağdan Ermənistana gəlib-gedən avtomobillərə də nəzarət etməlidir ki, silah-sursat daşınmasın, üçüncü ölkələrin vətəndaşları qeyri-qanuni şəkildə ərazilərimizə daxil olmasın. Bu səbəbdən də yola nəzarəti təmin etmək lazımdır.

Aydındır ki, yolun bağlanması Qarabağın müəyyən hissəsini blokadaya salır. Məncə, Azərbaycan elan etməlidir ki, Qarabağda yaşayan ermənilər istənilən yerdən Azərbaycanın digər ərazilərinə gələ, ərzaq və digər zəruri mallar ala bilərlər. Eyni zamanda onların təhlükəsizliyi təmin olunmalıdır. Yəni İrəvandan ərzaq ala bilməyən erməni bunu Ağcabədidən almalıdır. Eyni zamanda bizim vətəndaşlarımız Qarabağın istənilən ərazisinə getməlidir. Qısası, gedib-gəliş olmalıdır. Bu zaman Laçın yolunun bağlanmasının indiki qədər əhəmiyyəti olmaz”.

F. Mehdiyev deyib ki, indi Qarabağdakı ermənilərin dünya ilə əlaqəsi yalnız Laçın yolu vasitəsilədir və həmin yol bağlandıqda yaranan mənfi təsirləri aradan qaldırmaq lazımdır:

“Əlbəttə, hansısa çağırışlar da olacaq. Bu, normaldır. Mənə qalsa, aksiya davam etsə də, humanitar malların gediş-gəlişinə problem olmamalıdır. Amma lazım gəlsə, digər ərazilərdə də aksiya keçirilməlidir. Mən sülhməramlıların digər postlarını nəzərdə tuturam. Tarixi irsin qorunması ilə bağlı fəaliyyət göstərən QHT-lər var, onlar da Azərbaycanın istənilən yerinə gedə bilməlidir. Gedə bilmirlərsə, buna etiraz etmək haqları var”.

Reyting.az




Bölməyə aid digər xəbərlər