13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya 200 minlik ordu ilə hücuma hazırlaşır
Tarix: 17-12-2022 14:31 | Bölmə: Slayd
Rusiya 200 minlik ordu ilə hücuma hazırlaşır

Rusiya-Ukrayna müharibəsində rus ordusunun törətdiyi hərbi cinayətlər dünyanın diqqətini çəkməyə davam etdiyi bir vaxtda Rusiya parlamentində yeni qanunun qəbulu gözlənilir.

Reyting.az
xəbər verir ki, Rusiya əsgərlərinin Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson bölgələrində törətdikləri hərbi cinayətlər qanunla cinayət sayılmayacaq. Bununla bağlı qanun layihəsi Dumada səsə qoyulacaq.

Yeni qanun, törədilmiş cinayətdə “Rusiyaya xeyir vermək” şərtini əsas götürəcək. Bu cinayətlərin Rusiyanın maraqlarına uyğun olub-olmaması ilə bağlı qərarın necə veriləcəyi bəlli deyil.

Xatırladaq ki, Ukraynaya qarşı işğalın ilk günlərindən rus ordusunun törətdiyi çoxsaylı hərbi cinayətlər sübuta yetirilib. İşgəncədən təcavüzə, talandan qətlə və edama qədər bir çox hərbi cinayətlər beynəlxalq qurumlar tərəfindən araşdırılır. Ancaq son qanun sayəsində bu cinayətləri törədənlərin Rusiyada cəzalandırılmayacağı nəzərdə tutulur. Qanunun Ukraynada artıq müharibədə olan rus əsgərlərinin münasibətinə təsir edə biləcəyi ilə bağlı narahatlıq da var. Cinayət məsuliyyətinə cəlb edilməyəcəyini bilən əsgərlər daha dəhşətli hərəkətlər edəcəklər.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, onlar Kiyev, Çerniqov və Sumi bölgələrində 441 mülki şəxsin edam edildiyini sübuta yetiriblər, lakin bu rəqəm yəqin ki, daha çoxdur.

Öldürülənlərdən 20 nəfərin oğlan və 8 nəfərin qız olduğu müəyyənləşib və Rusiyanın Ukraynada törətdiyi qırğınlara əlavə edilib.

Bu arada Rusiyanın Ukraynaya qarşı hava hücumları davam edir. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Xersona hücumu zamanı Qırmızı Xaç Cəmiyyətinin tibbi yardım mərkəzinin vurulduğunu və feldşerin öldüyünü açıqlayıb.

Rusiya Ukrayna daxilində raket hücumları həyata keçirərkən, Krivoy Roq şəhərinə təşkil edilən hücumda 2 nəfərin öldüyü, 2-si uşaq 5 nəfərin yaralandığı bildirilir.

Ukraynanın energetika naziri Herman Haluşenko Rusiyanın raket hücumlarından sonra ölkənin şərqində və cənubunda enerji obyektlərinə ziyan dəydiyini deyib. Hücumlar səbəbindən Ukraynanın bəzi yerlərində, o cümlədən Xarkov və Poltava şəhərlərində elektrik enerjisi kəsilib.

Kiyev meri Vitali Kliçko da Rusiyanın Kiyevin Desnianski, Dniprovski və Holosiivski rayonlarını vurduğunu açıqlayıb və xalqı sığınacaqlarda qalmağa çağırıb.

Rusiya prezidenti Vladimir Putinin dekabrın 19-da həmkarı Aleksandr Lukaşenko ilə görüşmək üçün Belarusun paytaxtı Minskə gedəcəyi açıqlanıb. Kremldən bildiriblər ki, Lukaşenkonun dəvəti ilə Minskə səfər zamanı liderlər strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini, həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələləri müzakirə edəcəklər.

Ukrayna prezidenti V. Zelenskinin bazar günü oynanılacaq dünya çempionatının final matçı başlamazdan əvvəl mesaj paylaşması tələbi FİFA tərəfindən rədd edilib.

Ukrayna rəsmiləri bildirirlər ki, son hərbi uğursuzluqlara baxmayaraq, Rusiya yeni ildə böyük quru hücumuna hazırlaşır. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib ki, ardıcıl hərbi məğlubiyyətlərə uğrayan Rusiyanın yeni və hərtərəfli quru əməliyyatına hazırlaşdığına dair işarələr artır.

Prezident V. Zelenski də Rusiyanın yeni ilin əvvəlində böyük bir hücum planlaşdırdığını bildirib və orduya əlavə tapşırıqlar verib.

Ordu rəsmiləri hücumun Donbasa, cənub bölgələrinə və hətta birbaşa Kiyevə yönələ biləcəyini bəyan ediblər.

Ukrayna Baş Qərargahının rəisi, general Valeri Zalujnı deyib ki, Rusiyanın 200 minlik yeni hərbi qüvvə hazırladığına və Kiyevi ələ keçirmək üçün yeni cəhdlər edəcəyinə şübhə yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər