13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Milyardlar uğrunda savaş: Rusiyanın daşınmaz əmlak nəhəngi müəmmalı şəkildə ölüb
Tarix: 19-12-2022 11:42 | Bölmə: Slayd
Milyardlar uğrunda savaş: Rusiyanın daşınmaz əmlak nəhəngi müəmmalı şəkildə ölüb

Rusiyanın daşınmaz əmlak nəhəngi Dmitri Zelenov Fransada keçirdiyi tətil zamanı pilləkənlərdən yıxılaraq həyatını itirib. Bu, Rusiyanın Ukraynaya hücumunun başlanğıcından bəri müəmmalı oliqarx ölümlərinin hələlik sonuncusudur.

Reyting.az
xəbər verir ki, Rusiyanın daşınmaz əmlak nəhəngi, 50 yaşlı Dmitri Zelenov Fransanın məşhur istirahət mərkəzi Antibesdə dostları ilə şam yeməyinə gedərkən anidən müvazinətini itirərək pilləkənlərdən yıxılıb.

Dostlarının sözlərinə görə, rusiyalı oliqarx əvvəllər özünü yaxşı hiss etmədiyini deyib. Pilləkənlərdən yıxılarkən başından ağır zərbələr alan oliqarx aparıldığı xəstəxanada həyat ilə vidalaşıb.

Rusiya mətbuatı Zelenovun bir müddət əvvəl ürəyində problem olduğu üçün əməliyyat olunduğunu, lakin səhhətinin yaxşılaşdığını yazıb.

Xatırladaq ki, Moskvanın ən böyük daşınmaz əmlak investisiya şirkətlərindən birinin sahibi olan Zelenov Sovet İttifaqının dağılmasından sonra sürətlə oliqarxa çevrilmişdi.

Onu da qeyd edək ki, Zelenov son aylarda müəmmalı şəraitdə ölən sonuncu rus oliqarxıdır. Zelenovun ölümü sentyabrda vəfat edən Moskva Aviasiya Korporasiyasının keçmiş rəhbəri Anatoli Geraşenkonun pilləkənlərdən yıxılaraq ölməsinə bənzəyir.

Rusiyanın Ukraynaya hücumu təxminən 10 ayı arxada qoysa da, son dövrlərdə bir çox rus oliqarxın müəmmalı ölümü ilə bağlı müzakirələr davam edir. Çoxları oliqarxların ardıcıl ölümlərinə şübhə ilə yanaşırlar.

Son aylar Rusiyanın bir çox iş adamı həyatını itirib. “Qazprom”un keçmiş vitse-prezidenti, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Vladislav Avayev aprel ayında həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb.

Bu hadisədən sonra “Qazprombank”la yaxın münasibətdə olan “Novatek” təbii qaz şirkətinin keçmiş vitse-prezidenti Sergey Protosenyanın da həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində meyiti aşkarlanıb. İntihar etdiyi etimal olunan Protoseniyanın oğlu ailəsinin öldürüldüyünü iddia edib.

Rusiyanın ən böyük neft şirkətlərindən olan “LukOİL”in keçmiş direktoru Aleksandir Subbotin may ayında şaman cütlüyünün evində ölü tapılıb.

Sankt-Peterburqdakı dəbdəbəli evində Rusiyanın dövlət enerji nəhəngi “Qazprom”la yaxın əlaqələri olan rusiyalı iş adamı Yuri Voronovun meyiti aşkar edilib.

Sentyabrda “LukOİL”in baş direktoru Ravil Maqanov xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

Bəziləri Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalardan sarsılan Rusiyada oliqarxlar arasında böyük rəqabətin olduğunu və bəzi ölümlərin də bununla bağlı olduğunu iddia edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər