13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Fazil Mustafa: “Ermənilər Zəngəzur dəhlizini açmırsa, Azərbaycan da Laçın yolunu bağlamalıdır”
Tarix: 19-12-2022 13:48 | Bölmə: Slayd
Fazil Mustafa: “Ermənilər Zəngəzur dəhlizini açmırsa, Azərbaycan da Laçın yolunu bağlamalıdır”

“Ermənistan Zəngəzur dəhlizini açmaqda maraqlı deyil və üçtərəfli bəyanatın müddəalarını pozub. Azərbaycan da bəyanata yeni yorum verimlədir. Yəni üçtərəfli bəyanatda Laçın dəhlizində Azərbaycanın nəzarəti qeyd edilib və bunu həyata keçirmək üçün addımlar atmalıdır. Addımlar o kontekstdə atılacaq ki, bu, Azərbaycana yola nəzarət imkanı versin. Bizim həm gömrük postumuz, həm də Daxili Qoşunlarmızın orada postu olmalıdır və bu, Azərbaycanın daxili məsələsidir. Azərbaycanın eko-fəallarının Laçın yolunda keçirdikləri aksiyaların yekunu bu istiqamətdə olmalıdır”.

Bunu Reyting.az-a deputat Fazil Mustafa QHT təmislçilərinin və jurnalstlərin Laçın-Şuşa yolunda keçirdikləri aksiyadan danışarkən deyib.

F. Mustafa hesab edir ki, rus sülhməramlıların bu məsələdə hər hansı şəkildə münasibət ortaya qoyması mümkünsüzdür: “Əgər tələblərə cavab vermədilərsə, deməli, Azərbaycanın iradəsini qəbul etmiş durumdadırlar. Azərbaycanın da əsas əldə etdiyi nəticə bu olmalıdır. Çünki Zəngəzur dəhlizinin tezliklə qəbul etdirilməsi məsələsi problemdir. Yəni erməni ictimai rəyi və erməni hakimiyyəti buna hazır deyil. Bu da bizə imkan yaradır ki, üçtərəfli bəyanata öz mülahizəmizlə yanaşaq. Yəni orada nəzərdə tutulanları özümüz reallaşdıraq. Necə ki Qarabağ problemini özümüz həll etdik. Baxmayaraq k, problemin həllinə dair BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi var idi”.

F. Mustafa düşünür ki, Laçın yoluna Azərbaycanın gömrük postu qoyulduqdan sonra işlər öz axarı ilə gedə bilər: “Yəni xəstən varsa İrəvana apar, gətir. Yaxud universitetə gedənin, əlilin və ya çolağın varsa, apara bilərsən. Amma sən kənardan Azərbaycan ərazisinə silah gətirəcəksənsə, eləcə də Rusiyadan, Fransadan, İrandan kimsə gələcəksə, bu qanunsuzluğa qarşı tədbir görüləcək. Məncə, proses buna doğru gedir”.

Deputat əlavə edib ki, Azərbaycan Laçın yolunu ermənilərin ala gözünə aşiq olduğu üçün onların istifadəsinə verməyib: “Ona görə vermişik ki, Zəngəzur dəhlizini açacaq. Açmaq istəmirlərsə, Azərbaycan da buna qarşı alternativ tədbir görəcək. Bu, ölkəmizin daxili işidir. Yəni əvvəl yol vermişdim, indi vermirəm! Əgər həmin yolla qanunsuz silah-sursat daşınırsa, buna nəzarət etmək Azərbaycanın suveren hüququdur. Buna görə heç kim bir söz deyə bilməz. Odur ki, bu proses Zəngəzur dəhlizinin açılmasına kömək etməlidir”.

Deputat diqqətə çatdırıb ki, ermənilər bir qədər sıxıntı keçirdikdən, əraziyə kənar ünsürlərin daxil ola bilmədiyini və Qarabağa tam nəzarətimizin olduğunu gördükdən sonra geri çəkilmək məcburiyyətində qalacaq. Odur ki, Azərbaycan öz istəyinə doğru addım-addım hərəkət etməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər