13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Zərdüşt Əlizadə: “Azərbaycan-Ermənistan danışıqları açıq formada davam edir”
Tarix: 20-12-2022 10:49 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “Azərbaycan-Ermənistan danışıqları açıq formada davam edir”

“Düşünürəm ki, Azərbaycan-Ermənistan danışıqları dayandırılmayıb. Hətta verilən bəyanatlar şəklində işlədilən fikirlər də bu danışıqların açıq-aşkar formasıdır.

Ermənistan parlamentinin sədri Armen Simonyan mətbuata bir fikir söyləyir. Bu fikir nəyə aiddir?

Ermənistanın indiki Qarabağ mövzusuna dair mövqeyini əks etdirir.

Azərbaycan tərəfi, konkret olaraq prezidentin köməkçisi Hikmət Hacıyev də bir fikir səsləndirir.

Daha sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nəsə deyir, dərhal Ermənistan xarici işlər naziri Ararat Mirzoyan buna münasibət bildirir.

Eləcə də Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan nəsə deyir.

Nikol Paşinyan partiyasından olan deputatları toplayıb çıxış edir, vəziyyət haqqında danışır. Azərbaycan prezidenti də hərbçilərlə görüşündə deyir ki, “dəmir yumruq” yerindədir. Əslində bunların hamısı danışıqların bir formasıdır”.

Bu sözləri Reyting.az-a politoloq Zərdüşt Əlizadə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarının gedib-getməməsindən danışarkən deyib.

Politoloq bildirib ki, iki ölkə arasında son gərginliklər səbəbindən danışıqların dayanması barədə deyilənlərlə razılaşmır.

Onun sözlərinə görə, əslində yuxarıda qeyd edilənlər göstərir ki, tərəflər açıq formada bir-birinə ismarıc göndərir: “Bu ismarıclarla biri deyir ki, mənim mövqeyim budur, digəri də öz mövqeyini dilə gətirib “danışıq istəmirsənsə, alternativi müharibədir, hərbi qarşıdurmadır”, - söyləyir”.

Z. Əlizadənin qənaətincə, hələlik Azərbaycan və Ermənistan arasında uzalaşan mövqelərə paralel olaraq uzlaşmayan mövqelər də var:

“Uzlaşmayan mövqelər də çoxdur. Əlbəttə, danışıqların olması daha münasibdir, nəinki hərbi qarşıdurma. Danışıqlar Ermənistana daha çox lazımdır”.

Politoloq diqqətə çatdırıb ki, indi iki ölkə arasındakı münasibətlərdə müşahidə edilən gərginlik azaldıqdan sonra diplomatlar qələm və ya kompüterlə masa arxasında əyləşib, hansısa nəticələr əldə etməyə çalışacaqlar.

Reyting.az





Bölməyə aid digər xəbərlər