13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Gələcəkdən gələn adam şok proqnozlar verib
Tarix: 20-12-2022 13:07 | Bölmə: Slayd
Gələcəkdən gələn adam şok proqnozlar verib

Zaman elçisi olduğunu iddia edən Al Bielek 2025-ci ildə III Dünya Müharibəsinin başlayacağı ilə bağlı dəhşətli proqnozlar verib. O, eyni zamanda gələcəkdə dünyada hökumətlərin olmayacağını iddia edir.

Reyting.az
xəbər verir ki, 1927-ci ildə doğulan Al Bielek zaman elçisi və öncəgörən kimi təqdim olunur.

2011-ci ildə dünyasını dəyişən Bielek ölməzdən əvvəl Böyük Dünya Müharibəsinin tarixi və gələcəkdə baş verəcək olaylarla bağlı bir sıra iddialar səsləndirib.

2025-ci ilə xüsusi diqqət çəkən Bielek, gizli bir missiya üçün gələcəyə göndərildiyini iddia edib.

Zaman səyyahı Al Bielek ölməzdən əvvəl verdiyi müsahibədə İkinci Dünya Müharibəsi zamanı ABŞ ordusunun “görünməz” olacaq bir döyüş gəmisi yaratmağa çalışmaq üçün keçirdiyi çox məxfi sınağın “Filadelfiya eksperimenti” adlı layihənin bir hissəsi olduğunu bildirib.

O, 1940-cı ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Eldridge” adlı gəmidən qardaşı ilə birlikdə okeana atıldığını və sağaldıqdan sonra 2749-cu ilə teleportasiya edildiyini vurğulayıb.

2749-cu ilə teleportasiya edilən Al Bielek gördüklərini bir-bir danışıb.

İddialardan birincisi dünyanın yaxın gələcəyi ilə bağlıdır. O, 2025-ci ilə qədər dünya hökumətlərinin əksəriyyətinin dağılacağını və üç milyon insanın dünya müharibəsində nüvə silahının təsirindən öləcəyini iddia edib.

Zaman elçisi Avropanın böyük hissəsinin su altında qalacağını və demək olar ki, İngiltərənin məhv olacağını bildirib.

Bielek həmçinin dünyada çox az şəhərin gələcəkdə sağ qalacağını və milli hökumətlərin və sərhədlərin olmayacağını iddia edib.

Bielek gördüklərini belə ümumiləşdirib:

“Ordu, hərbi münaqişə yox idi və hər şey azad idi”.

Gələcəkdə şəhərlərin strukturunun da dəyişəcəyini vurğulayan Bielek, bəzi şəhərlərin quruda, bəzilərinin havada asıldığını, uçan şəhərlərin isə dünyanın istənilən nöqtəsinə daşına biləcəyini söyləyib.

Onun sözlərinə görə, “səyahət etdiyi” gələcəkdə texnologiya o qədər inkişaf edib ki, səlahiyyətlilər bir neçə gün ərzində Üçüncü Dünya Müharibəsindən gələn radiasiya zərərlərini və nüvə tullantılarını belə təmizləmək üçün kifayət qədər güclüdürlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər