13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Deputat: “BMT beş dövlətin əlində vasitədir, onların Laçın yolundakı aksiyanı gündəmə çıxarması...”
Tarix: 21-12-2022 17:30 | Bölmə: Slayd
Deputat: “BMT beş dövlətin əlində vasitədir, onların Laçın yolundakı aksiyanı gündəmə çıxarması...”

“BMT dünyanın ən böyük təşkilatıdır. Amma mən bir neçə il əvvəl də bəyan etmişdim, bir daha da səsləndirirəm ki, BMT artıq ən böyük və ən nüfuzsuz beynəlxalq quruma çevrilib. Yəni BMT bu gün bir neçə dövlətin əlində vasitədir. Necə ki Ermənistan bir neçə dövlətin əlində vasitəyə çevrilib və ondan bizə qarşı istifadə edirlər, eləcə də Fransa kimi bir neçə dövlət BMT-dən öz marağı və istəyi naminə istifadə edir, ondan alət kimi yararlanırlar. Həmin dövlətlər kimə qarşı istəsələr və hansı qərar lazımdırsa, BMT-yə onu qəbul etdirirlər. Mən, BMT Təhlükəsizlik Şurasında təmsil olunan beş dövləti nəzərə alaraq belə düşünürəm”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov bir qrup azərbaycanlı eko-fəalın Qarabağda ekoloji vəziyyətin düzəldilməsi tələbi ilə Laçın-Şuşa yolunda aksiya keçirməsinin BMT Təhlükəsizlik Şurasının iclasına çıxarılmasını şərh edərkən deyib.

Deputat əlavə edib ki, sözügedən beş dövlət tək deyil:

“Sözsüz ki, BMT-də təmsil olunan ölkələr hər hansı bir formada bu beş dövlətin nəzarətindədir, onlardan asılıdır. Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan yaxşı bir ifadə işlətdi: “Dünya beşdən böyükdür”. Yəni bu dünyanın taleyi tarix boyu müstəmləkəçiliklə, işğalçılıqla məcbur olan beş dövlətin iradəsindən asılı qalıb”.

E. Məmmədov bildirib ki, indi azərbaycanlı eko-fəalların etiraz aksiyasının BMT və ya onun Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması Fransa dövlətinin təşəbbüsü əsasında baş tutur:

“Əlbəttə, orada Azərbaycana qarşı fikirlər səsləndiriləcək. Amma BMT-nin nüfuzu var idisə, Qarabağ münaqişəsi ilə bağlı çıxardığı qətnamələri həyata keçirəydi. Bu qətnamələrin qəbulundan 30 ilə yaxın müddət ötsə də, icra olunmadı. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə bu qətnamələri icra etdi. Amma prezidentimizin dediyi kimi, BMT-nin elə qərarları olub ki, onun mürəkkəbi qurumamış icra ediblər. Qısası, BMT kimlərinsə əlində dünyaya ağalıq etmək üçün vasitəyə çevrilib. İndi də ondan Azərbaycana qarşı istifadə etmək istəyirlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər