13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiya səma savaşının qalibi ola bilər - Hesabat
Tarix: 22-12-2022 11:17 | Bölmə: Slayd
Rusiya səma savaşının qalibi ola bilər

Ukraynadakı səma savaşına diqqət yetirən Kral Birləşmiş Xidmətlər İnstitutu bununla bağlı hesabat hazırlayıb. Hesabata görə, ukraynalı pilotlar nə qədər uğurlu olsalar da, ölkə “səma müharibəsi”ni uduzmaq riskindən xilas olmayıb.

Reyting.az
xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinin ardıcıl uğursuzluqları və Ukrayna Hərbi Hava Qüvvələrinin təəccüblü müqaviməti indiyədək acı bir həqiqəti ört-basdır edib: Ukrayna Hərbi Hava Qüvvələri üstün təyyarə və raketlərə malik düşmənlə üz-üzədir.

Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSİ) Ukraynadakı müharibə ilə bağlı hesabatında qeyd olunur ki, Rusiyanın say və texnika baxımından üstünlüklərini nəzərə alsaq, ukraynalı pilotlar nə qədər uğurlu əməliyyatlar etsələr də, Ukrayna səmadakı müharibədə məğlub ola bilər.



Ukraynalı pilotlar da təsdiq edirlər ki, Rusiyanın “Su-30SM” və “Su-35S” təyyarələri Ukrayna Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrini texniki cəhətdən tamamilə üstələyir.

Diqqətə çatdırılır ki, Moskva qismən itkilərdən sonra əməliyyatını yalnız Ukraynanın nəzarətindəki ərazilərlə məhdudlaşdırsa da, Rusiyanın güclü raket sistemləri Ukrayna Hərbi Hava Qüvvələrini hətta təsir dairəsindən çox kənarda vurmaq riski ilə üz-üzə qoyub.

Qeyd olunur ki, rus qoşunları müharibənin başlanğıcında müxtəlif səbəblərdən, məsələn, təlim çatışmazlığı, təchizat və təşkilatlanma problemlərindən məyus olsalar da, bu, onların bacarıqsız olduqları anlamına gəlmir.



Üstəlik, keçmiş təcrübələrindən dərs alan ölkə bu yaxınlarda elan etdiyi qismən səfərbərlik çərçivəsində işə götürdüyü 150 min insana daha ciddi təlimlər keçib. Rusiya prezidenti Putin dünən verdiyi açıqlamada maliyyə məsələlərində heç bir problem yaşamadıqlarını və hərbi qüvvələrinin hər bir ehtiyacının ödəniləcəyini vurğulayıb.

Hesabata görə, Rusiya döyüş təyyarələri tez-tez radarı pozaraq Ukrayna qüvvələrinə “R-77-1” raketləri atırlar. Bu cür atışların ölüm ehtimalı az olsa da, ukraynalı pilotların müdafiəyə qalxmasına səbəb olur. Müvafiq şəraitdə isə Rusiya döyüş təyyarələri 40.000 fut yüksəklikdə Ukrayna döyüş təyyarələrini hədəfə ala bilər. Bu səbəbdən ukraynalı pilotlar Rusiyanın qurbanı olmamaq üçün aşağıdan uçur, lakin aşağı uçuşlar da qırıcı təyyarələri yerdən atəş və qəza kimi təhlükələrlə üzləşdirir.



Bu gün Qərb mətbuatında yer alan xəbərdə, Rusiya və Ukrayna Hərbi Hava Qüvvələri təfərrüatı ilə müqayisə edilib, bütün çatışmazlıqlara baxmayaraq, Ukrayna qüvvələrinin ağıllı müdafiəsinin təsirli olduğu və rus pilotlarının son dərəcə istəksizliyi bildirilib.

Ukraynanın indiyə qədər əldə etdiyi uğurları şişirtməməyin lazım olduğu qeyd edilən hesabatda diqqətə çatdırılır ki, belə vəziyyət təhlükəyə biganə qalmağa səbəb olar və böyük təhlükələr yarada bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər