13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Şuşada etiraz aksiyası gecə boyu davam edib
Tarix: 24-12-2022 09:03 | Bölmə: Slayd
Şuşada etiraz aksiyası gecə boyu davam edib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.

Reyting.az
xəbər verir ki, havanın şaxtalı və soyuq olmasına baxmayaraq aksiya gecə boyu davam edib.

Hazırda da ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, aksiya iştirakçıları günlərdir yüksək əzm, mətanət və qətiyyət nümayiş etdirirlər.




Bölməyə aid digər xəbərlər