13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Xankəndi-Laçın yolunda mülki avtomobillərin sərbəst hərəkəti təmin olunur - Video
Tarix: 24-12-2022 10:19 | Bölmə: Slayd
Xankəndi-Laçın yolunda mülki avtomobillərin sərbəst hərəkəti təmin olunur

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin üç avtomobilinin Xankəndidən Laçın istiqamətinə növbəti keçidi olub.

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.

Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynlərinin komitə əməkdaşlarının müşayiəti ilə komitəyə məxsus minik avtomobilləri ilə Xankəndidən Ermənistana keçib. Həmin gün eyni tərkibdə geriyə - Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.

Müraciətdə, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatların daşınacağı bildirilib.








Reyting.az




Bölməyə aid digər xəbərlər