13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İqtisadi və hərbi gücünü itirən Rusiya Kiyevə hücum edə bilər
Tarix: 24-12-2022 15:27 | Bölmə: Slayd
İqtisadi və hərbi gücünü itirən Rusiya Kiyevə hücum edə bilər

Ukrayna ilə müharibənin Rusiyaya iqtisadi və hərbi baxımdan vurduğu ziyan getdikcə artır. Putinin qısa müddətdə ölkə iqtisadiyyatını düzəldə bilməyəcəyini iddia edən qərbli ekspertlər Rusiya iqtisadiyyatının və ordusunun bərpası ilə bağlı müəyyən proqnozlar verirlər.

Reyting.az
xəbər verir ki, Ukraynada 100 mindən çox rus əsgəri həlak olduğu halda, Rusiya illik büdcəsinin dörddə birini müharibəyə xərcləyib.

Ukrayna Silahlı Qüvvələri bildirir ki, Rusiya tanklarının yarısını məhv edib, Moskva güllə, raket və sursat ehtiyatını sürətlə tükəndirib.

Britaniya hökumətindəki yüksək vəzifəli mənbə “The Times”-a deyib ki, Rusiyanın iqtisadi və hərbi gücünü bərpa etməsi 20-30 il çəkə bilər.

Xatırladaq ki, bu yaxınlarda Vaşinqtona səfər edən Ukrayna prezidenti Volodomir Zelenski hava hücumundan müdafiə sistemi və ABŞ-dan pul alaraq ölkəsinə qayıdıb. Lakin o, ABŞ prezidenti Co Baydendən hücum raketləri ilə bağlı istədiyini ala bilməyib. Qeyd olunur ki, NATO və Baydenin Ukraynanı Rusiya ərazisinə hücum edə biləcək sistemlərlə təchiz etməsi daha böyük münaqişəyə səbəb ola bilər.

Onu da diqqətə çatdıraq ki, Ukrayna Silahlı Qüvvələri Putinin fevralda Kiyevə hücumunun ildönümü zamanı yenidən hücuma keçəcəyinə inanır.

Putin bu həftənin əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşmək üçün Minskə gedib. Bu səbəbdən Rusiyanın Kiyevə yeni hücumunda Belarus üzərindən əməliyyat keçirəcəyi ilə bağlı narahatlıqlar var.

“Bizim müşahidələrimiz ondan ibarətdir ki, Rusiya Belarusdakı rus qoşunlarının və hərbi texnikanın sayını əhəmiyyətli dərəcədə artıracaq. Lakin Lukaşenko böyük səhv edir. Belarus Rusiya qoşunlarının öz ərazisinə daxil olmasına icazə verməklə, özünü Ukraynadan da böyük atəşə sürükləyir”, - bunu “The Times” qəzetinə Ukrayna müdafiə mənbələri bildirib.

Son aylarda ABŞ Ukraynaya müdafiə məqsədləri üçün orta mənzilli Milli Qabaqcıl Yer-Hava Raket Sistemləri göndərib. “Financial Times” yazır ki, “Javelin” tank əleyhinə raketlər və zenit-raket ehtiyaclarının üçdə biri Ukrayna üçün istifadə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər