22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

07:37 / 12-06-2025

07:42 / 12-06-2025

Qalibiyyət komandanı - Ziyalılar İlham Əliyevə təbrik ünvanlayıb
Tarix: 24-12-2022 16:03 | Bölmə: Slayd

Bu gün Azərbaycan prezidenti İlham Əliyev doğum gününü qeyd edir. Dövlət başçısı bu il də ənənəsinə sadiq qalaraq doğum gününü vətəndaşlarla birgə keçirib. Əvvəllər bu günü Qarabağdan və ətraf bölgələrdən olan məcburi köçkünləri ziyarətlə qeyd edən Azərbaycan prezidenti İlham Əliyev bu dəfə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Xalq şairi Vahid Əziz ölkə prezidentinin doğum günündə onunla görüşən azsaylı ziyalılardan biridir.
Vahid Əziz Reyting.az-a deyib ki, bu gün prezident ad günündə Qərbi Azərbaycan İcmasının xeyir-duasını verib:
“Görüşdə 30 nəfər iştirak edirdi. Prezident çox səmimi çıxış etdi, mesajlar verdi. Azərbaycana əyri baxan qüvvələrə və dövlətlərə, eləcə də ermənilərə sözünü dedi.
Prezidentlə görüşdə beş nəfər çıxış etdi. Mən də sonda çıxış etdim, prezidentə təbrikimi çatdırdım, arzularımı bildirdim.
Ən maraqlısı odur ki, adətən insanlar ad gününü öz evində, ailəsi ilə qeyd edir. Amma prezident İlham Əliyev ad gününü bir qədər fərqli keçirir.
Prezidentin indi ən müdrik çağıdır. Amma neçə illərdir ki, o, ad günlərini qaçqınlar, köçkünlər, didərginlərlə birlikdə qeyd edir. Özü də xatırlardı ki, neçə il əvvəl ad günündə bir qaçqının evində olub, deyib ki, gün gələr ad günümüzü sizin yurdunuzda keçirərik. Sonra da həmin rayonu düşməndən aldı.
Prezident çox səmimi insandır. Azərbaycan xalqı lazım olan dövlət başçısını tapıb. Bu insan sevilməli, müdafiə olunmalıdır.
Prezident görüşdə iştirak edən təxminən 30 nəfərin hər birilə əl tutdu, daha sonra xatirə fotosu çəkdirdi.
Mənim yaşım az deyil, Stalini taxtda görmüş adamam. Məni tanıyanlar da bilir ki, şişirtmə ilə aram yoxdur, sözümü düz deyirəm. Bağırovdan savayı digər dövlət başçılarının hamısını tanımışam. İlk dəfədir ki, belə səmimi, zəkalı, müdrik insan görürəm.
Rəhmətlik Heydər Əliyev də çox səmimi insan idi. İlham Əliyev həm səmimi insandır, həm də prezident kimi göydəndüşmədir, onu qorumaq lazımdır.
O, torpaqlarımızı düşməndən aldı. 30 il idi ki, torpaqlarımız, doğma Qarabağ düşmən tapdağında qalmışdı.
Azərbaycanın tankı, topu həmişə olub. Niyə ala bilmirdilər? Deməli, mərdlik, iradə lazım gəlirdi. Bu kişi torpaqlarımızı aldı, bizi yurdumuza qaytardı. Ona uğurlar arzu edirəm”.
Türkoloq-alim, araşdırmaçı Firudin Cəlilov isə Reyting.az-a deyib ki, Türk Dövlətlər Təşkilatının yaranmasında və inkişafında Azərbaycan prezidenti İlham Əliyevin müstəsna rolu var.
Onun sözlərinə görə, məhz Qarabağ müharibəsi və zəfərdən sonra türkçülük istiqamətində də böyük addımlar atılır:
“Bu prosesi rəhmətlik Turqut Özal başlatmışdı. Özü də Orta Asiyaya səfər etdi, Azərbaycanda da oldu. Ondan sonra bu proses az qala 30 il “axsadı”. Amma Qarabağ savaşından sonra biz Türk Dövlətlər Təşkilatının fəallaşmasını müşahidə etdik. Sözsüz ki, bu prosesdə Azərbaycanın dövlət başçısı İlham Əliyevin rolu danılmazdı. Onun fəallığı olmasaydı belə bir fəal proses başlanmazdı. Bunun da obyektiv səbəbləri var. Batıda Türkiyə, doğuda digər türk ölkələri yerləşir. Bu prosesdə Azərbaycan mərkəzi mövqeyə malikdir. Mən hesab edirəm ki, İlham Əliyevin rolu olmasaydı bu proses alınmayacaqdır. Məsələn, bir ara Nursultan Nazarbayev də bu prosesi Avrasiya Birliyi adı ilə aparmaq, yeri gəlsə, Rusiyanın da burada təmsil olunmasını mümkün sayırdı. Amma bu, baş tutmadı”.
Azərbaycan prezidentinin Türk Dövlətlər Təşkilatının fəallaşmasında əhəmiyyətli roluna vurğu edən professor Cəlilov əlavə edib ki, bu ideya yaxşı düşünülüb və böyük perspektivə malikdir: “Məncə, bu prosesdə mütəxəssislərdən də istifadə olunmalıdır. Bu işlə məşğul olanlar hərtərəfli biliyə malik olmaqla yanaşı, bu sahənin mütəxəssisləri olmalıdır. Ortaq əlifba, ortaq dərsliklərə qədər gedilməlidir. Bundan sonra birlik daha güclü əsaslara malik olacaq. Biz 30 ildir ortaq əlifbanı işlədirik”.
F. Cəlilov sonda Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib, ona uğurlar arzulayıb.
Xalq artisti Faiq Ağayev də doğum günü münasibəti ilə Azərbaycanın dövlət başçısını təbrik edib:
“İlham Əliyev tarix yazır! Adını tarixə Qurucu İlham, Qarabağın Xilaskarı İlham, Qalib İlham kimi həkk etdirir! Qürur duyuram, fəxr edirəm sizinlə, Ali Baş Komandan, əziz Prezidentim! Ad gününüz mübarək!”
Professor Mənsum İbrahimov da Azərbaycan prezidentini təbrik edib, ona cansağlığı və müvəfəqiyyətlər arzulayıb.
Onu da qeyd edək ki, Azərbaycanın əksər ziyalıları, sənət adamları ilə yanaşı on minlərlə sadə vətəndaş da sosial şəbəklər vasitəsi ilə Ali Baş Komandan İlham Əliyevə doğum günü münasibətilə təbriklər ünvanlayırlar.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb