13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Növbəti casus qalmaqalı: məxfi məlumatları digər ölkənin kəşfiyyatına veriblər
Tarix: 24-12-2022 17:32 | Bölmə: Slayd
Növbəti casus qalmaqalı: məxfi məlumatları digər ölkənin kəşfiyyatına veriblər

Almaniyada Rusiyaya casusluq ittihamı ilə həbs edilən Almaniya Xarici Kəşfiyyat Təşkilatının (BND) əməkdaşı Karsten L-nin Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin həssas məlumatlarına çıxışı olub.

Reyting.az
-ın xəbərinə görə, ifşa edilən ikili agentin Rusiyaya hansı həssas məlumatlar verdiyi ciddi müzakirə mövzusudur.

“Focus” jurnalı təhlükəsizlik dairələrinə istinadla bildirir ki, Karsten L-nin digər ölkələrin dinləmələri nəticəsində əldə edilən məlumatların texniki təhlilini aparan bölmənin rəhbəri vəzifəsində çalışıb.

Məlumata görə, Karsten L-nin bu vəzifədə, həmçinin Böyük Britaniya Elektron Kəşfiyyat Xidməti (GCHQ) və ABŞ Milli Təhlükəsizlik Agentliyi də daxil olmaqla, Qərblə dost ölkələrin kəşfiyyat xidmətləri tərəfindən gizli dinləmə əməliyyatlarından əldə edilən həssas məlumatları izləyə bilib.

Kasten L-nin bütün məlumatların təhlilinə məsul olduğu bildirilən xəbərdə qeyd edilir ki, BND bu səbəbdən onun dost ölkələrin kəşfiyyat xidmətlərindən Rusiyaya məlumat verməsindən şübələnir.

BND prezidenti Bruno Kahl bildirib ki, Federal Prokurorluqla hadisəni yaxından müşahidə edirlər.

BND prezidenti deyib ki, istintaqın uğuru baş prokurorluq araşdırmanı başa çatdırana qədər ictimaiyyətlə mümkün qədər az məlumat verməkdən asılıdır.

Almaniyanın ədliyyə naziri Marko Buşman şübhəlini yaxaladıqları üçün təhlükəsizlik orqanlarına təşəkkür edib. Nazir deyib ki, şübhələr sübuta yetirilərsə, bu, Rusiya casusluğuna əhəmiyyətli zərbə olacaq.

Qeyd edək ki, Almaniya vətəndaşı Karsten L. dünən həbs edilib.

Karsten L-nin peşə fəaliyyəti çərçivəsində əldə etdiyi məlumatları 2022-ci ildə Rusiya kəşfiyyatına ötürdüyü və bu məlumatın dövlət sirri olduğu ortaya çıxıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər