13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türk canavarı rus ayısını cənub yuvasından qovmaq istəyir - Fotolar
Tarix: 24-12-2022 21:28 | Bölmə: Slayd
Türk canavarı rus ayısını cənub yuvasından qovmaq istəyir

Bir trilyon dollardan çox xidmət və mal istehsal edən, 180 milyon əhalisi olan Türk Dövlətləri Təşkilatı (TDT) böyük hərbi və siyasi güc mərkəzləri üçün yeni bir oyunçu kimi balansı dəyişdirdiyini hiss etdirməkdədir.

Reyting.az
xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin imzaladığı Səmərqənd Bəyannaməsində onların əməkdaşlıq və həmrəyliyinin dərinləşməsinə və genişləndirilməsinə sadiqlik vurğulanıb.



Rusiyanın ən çox oxunan həftəlik qəzeti “AiF” “Türk dərisindəki canavar. Türkiyə Rusiyanın Orta Asiyadakı maraqlarını təhdid edirmi?” sərlövhəli yazısında prezident Rəcəb Tayyib Ərdoğan və MHP rəhbəri Dövlət Baxçalının Türk Dünyası Xəritəsi ilə poza verdiyi meydandandan Türkiyə və prezident Ərdoğandan bəhs edir.

TDT üzvü Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın ortaq enerji dəhlizinin yaradılması ilə bağlı danışıqlara başlayacağı qeyd edilən yazıda bildirilir ki, daha əvvəl, noyabrın ortalarında TDT liderləri təşkilatın ilk sammitində Səmərqənddə bir araya gəlib. Türkiyə son illərdə Orta Asiyadadır. Rəcəb Tayyib Ərdoğan Türk Birliyindən çox danışır və Türkiyə liderinin tərəfdaşları ona mühüm hədiyyələr verirlər.

Nəşr, hədiyyə kimi MHP lideri Baxçalının Ərdoğana bağışladığı xəritəni xüsusilə vurğulayır.



“Türkiyə prezidenti torpaq iştahını ilk dəfə 2016-cı ildə açıqlayıb”,- ifadəsinə yer verilən məqalədə qeyd olunur ki, 17 noyabr 2021-ci ildə Rəcəb Tayyib Ərdoğan hakim koalisiya ortağı, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ilə görüşüb. Baxçalı prezidentə Türk dünyasının xəritəsini hədiyyə edib. Bura təkcə Türkiyə ərazisi deyil, bütün Orta Asiya və Rusiyanın Sibir ərazisi də daxildir.

Məqalədə Ərdoğanın liderliyi ilə Türkiyənin Yaxın Şərq və Asiyadakı ambisiyaları belə təqdim edilib:

“Ərdoğan “Bizim maraqlarımız İraq, Suriya, Liviya, Krım, Qarabağ, Azərbaycan, Bosniya və digər qardaş bölgələrdir”, - deyib.

Bir çox tarixçi hesab edir ki, Kipr, Hələb, Mosul, Ərbil, Kərkük, Batumi, Saloniki, Varna, Qərbi Trakya və Egey dənizindəki adalar Türkiyə sərhədlərinə daxil edilməlidir”.



Qeyd olunur ki, iqtisadiyyat, ticarət, mədəniyyət və təhsil əlaqələrin inkişafı deməkdir: “Ancaq hər şey mədəniyyət və ticarətlə məhdudlaşmır. Türkiyə Mərkəzi Asiya ilə hərbi əlaqələri fəal şəkildə inkişaf etdirir. Məsələn, Türkiyə mediası “pantürkist ordu”nun yaradılmasının mümkünlüyündən yazır. Ankara Qazaxıstan, Özbəkistan və Qırğızıstanla hərbi təchizat məsələsini müzakirə edir. 2021-ci ildə, yayın əvvəlində KTMT-yə daxil olan Qırğızıstan Türkiyə ilə “Bayraktar” pilotsuz uçuş aparatlarının tədarükü üçün müqavilə imzalayıb. Qazaxıstan və Özbəkistanla danışıqlar davam edir.

“Türk Dövlətləri Təşkilatının Rusiyaya meydan oxumaq üçün yaradıldığına şübhəm yoxdur. Necə deyərlər, iki ayı bir yuvada yaşaya bilməz. Daha doğrusu, türk canavarı rus ayısını bu cənub yuvasından qovmaq istəyir”,- Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Bağdasarov belə deyib.

Qazax politoloq Marat Şibutovun fikrincə, Türkiyə yumşaq güc alətlərindən daha yaxşı istifadə edir. Türk kinosu, təhsil, mədəniyyət mərkəzləri və humanitar yardım proqramları kimi.



Məqalənin sonunda Rusiyanın bölgədə səfərbərlik planının olduğu, yaxın gələcəkdə Rusiyanın Mərkəzi Asiya siyasətində müəyyən dəyişikliklərin baş verəcəyi iddia edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər