13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Putinin əleyhdarı olan rusiyalı milyarder müəmmalı şəkildə ölüb
Tarix: 27-12-2022 13:00 | Bölmə: Slayd
Putinin əleyhdarı olan rusiyalı milyarder müəmmalı şəkildə ölüb

Rusiya-Ukrayna müharibəsinə paralel olaraq müəmmalı şəkildə həyatını itirən rusiyalı oliqarxların sayı artır. Rusiya lideri Putini tənqid edənlərdən biri, nəhəng kolbasa şirkətinin sahibi Pavel Antov Hindistanda qaldığı otelin “pəncərəsindən yıxılaraq” dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin təsis etdiyi “Vahid Rusiya” partiyasından vaxtilə deputat olmuş Pavel Antovun istirahətə getdiyi Hindistanda pəncərədən yıxılaraq ölməsinə inananlar azdır.

Bildirilir ki, 66 yaşını qeyd etmək üçün dostları ilə Hindistana gedən Antov, Rayaqa bölgəsində lüks oteldə qalırmış. Onun otelin 3-cü mərtəbəsinin pəncərəsindən yıxılaraq öldüyü qeyd olunur.

Məlumata görə, Vladimir vilayətində yerli deputat kimi fəaliyyətini davam etdirən və ölkənin ən zəngin şəxslərindən olan Antov ağır bədən xəsarətləri ilə otelin hovuzunda tapılıb və aparıldığı xəstəxanada dünyasını dəyişib.

Rusiya mətbuatı hadisənin intihar ola biləcəyini yazsa da, ötən həftə Hindistanda istirahətə gedən Antovun dostlarından birinin infarkt nəticəsində ölməsi barədə dedikləri suallar yaradıb.

Xatırladaq ki, Antov Putini Ukraynaya müdaxiləyə görə tənqid edən simalardan olub. İş adamı Rusiyanın Ukraynaya raket hücumu nəticəsində həlak olan mülki şəxslərin görüntüləri ilə bağlı “Terrordan başqa ad tapmaq çox çətindir” sözləri ilə diqqət çəkib. Təzyiqlərdən sonra Antov “bir addım geri çəkilərək” hər zaman Putini dəstəklədiyini deyərək, üzr istəyib.

Onu da qeyd edək ki, bir uşaq atası olan Antovun illik gəliri 157 milyon dollar olub. Bu barədə “Forbes Russian” yazıb.

Bir daha diqqətə çatdırırıq ki, son aylar Rusiyanın iş adamları arasında müəmmalı ölümlərin sayı artıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər