13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Komitə sədrinə müavin təyin olunub - Foto
Tarix: 28-12-2022 11:41 | Bölmə: Slayd
Komitə sədrinə müavin təyin olunub

Natiq Telman oğlu Şirinov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Reyting.az
xəbər verir ki, bu barədə prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

***



Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunan Natiq Şirinov daha əvvəl dövlət sektorunda bir sıra vəzifələrdə çalışıb.

N. Şirinov uzun müddət keçmiş vergilər naziri Fazil Məmmədovun müşaviri olub.

Baş vergi xidməti müşaviri N. Şirinov ləğv edilmiş Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru, Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi və 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər