13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Professor: “Dünya azərbaycanlılara qarşı haqsız davranıb”
Tarix: 28-12-2022 20:11 | Bölmə: Slayd
Professor: “Dünya azərbaycanlılara qarşı haqsız davranıb”

Prezident İlham Əliyevin ziyalılarla görüşündə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamağın vacibliyini bildirməsi ölkəmizdə geniş müzakirələrə səbəb olub və bu istiqamətdə müəyyən işlərə başlanılıb. Keçmiş dövlət müşaviri Qabil Hüseynli Reyting.az-a deyib ki, belə göstərişi səbrsizliklə gözləyib: “Çünki ermənilər Qərbi Azərbaycanda azərbaycan türkünə qarşı ən böyük cinayəti törədiblər. Söhbət deportasiyadan, azərbaycanlıların zorla öz tarixi torpaqlarından çıxarılmasından və vaxtı ilə əhalisinin böyük əksəriyyəti azərbaycanlılar olan ərazidə qurama erməni dövlətinin yaradılmasından gedir”.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda yerli əhaliyə qarşı çox böyük cinayət törədilib və bir sıra xristian dövlətinin də bu məsələdə səylərini göz önünə gətirdikdə bəlli olur ki, dünya azərbaycan türklərinə qarşı haqsız davranıb.

Professor Qabil Hüseynli əlavə edib ki, söhbət milyonlarla insanın öz dədə-baba yurdundan zorla çıxarılıb, mal-mülklərinin əllərindən alınmasından, həmçinin bu ərazilərdə toponimlərin kütləvi sürətdə dəyişdirilməsindən gedir. Bu zaman həm də Qərbi Azərbaycan əhalisinin yaratdığı maddi və mədəniyyət nümunələri qəddarcasına məhv edilib. O, buna misal kimi, İrəvan şəhərində bir neçə məscidin, azərbaycanlılara məxsus tarixi binaların və digər mədəniyyət abidələrinin məhv edilməsini göstərib. “Üstəlik, nəzərə almaq lazımdır ki, bütün bunları görən, həmin hadisələrin şahidi olan insanlar hələ də sağdır və bu, onların ürəyində ağır bir dərd kimi qalmaqdadır”, - deyə Q. Hüseynli bildirib.

Professor qeyd edib ki, bu fonda Azərbaycan prezidentinin məsələyə bu səpkidə yanaşması - Qərbi Azərbaycan İcmasının yaranması, onların fəaliyyət istiqamətinin müəyyənləşməsi çox böyük hadisədir: “Bu, həm də bütövlükdə Qərbi Azərbaycandan olan insanların ürəyincə olan, dəstəklənən bir işdir. Yəqin ki, bundan sonra erməni cinayətlərinin anatomiyasını açmaq, araşdırmaq və ermənilərin bu torpaqlara gəlmə olduğunu sübut etmək üçün yeni araşdırmalar və sübutlar ortaya qoyulacaq. Bununla bağlı kifayət qədər zəngin məlumatlar kitablarda öz əksini tapmalı, dünyaya yayılmalıdır”.

Q. Hüseynli düşünür ki, Qərbi Azərbaycana qayıdış istiqamətində atılan addımlar düzgündür və bunun nəticəli olacağına inanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər