13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Mütəxəssislər həyəcan təbili çalır: 2023-cü il fəlakətli ola bilər
Tarix: 28-12-2022 21:49 | Bölmə: Slayd
Mütəxəssislər həyəcan təbili çalır: 2023-cü il fəlakətli ola bilər

Baş ofisi İsveçdə yerləşən və qlobal fəlakət ssenariləri üzrə ixtisaslaşmış Qlobal Çağırışlar Fondu 2023-cü ildə bəşəriyyətin qarşılaşa biləcəyi fəlakət ssenarilərini sadalayıb.

Reyting.az
xəbər verir ki, “Global Challenges Foundation” beyin mərkəzi 2023-cü ildə bəşəriyyətin üzləşə biləcəyi təhlükə, siyasi böhran, müharibə və qlobal problemlərə həsr olunmuş yeni hesabatını açıqlayıb.

Qeyd olunur ki, 2023-cü ildə bəşəriyyətin bir çox təhlükələrlə qarşılaşmaq riski yüksəkdir.

İctimaiyyəti məlumatlandırmaq və mümkün fəlakət ssenarilərinə hazırlaşmaq səyləri ilə tanınan qrupun 2023-cü il üçün fəlakət ssenariləri aşağıdakı kimidir:

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi səbəbilə dünyanın qlobal nüvə müharibəsi riski ilə üzləşdiyi və bunu heç kimin qabaqcadan görə bilmədiyi diqqətə çatdırılır, eyni zamanda Pakistanda baş verən sel fəlakəti, Çin və Avropadakı həddindən artıq istilər 2023-cü ildə gözlənilən fəlakətin işartıları kimi göstərilir.

Qlobal Çağırışlar Fondunun hesabatında ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atom bombası ilə hücumundan sonra, indi dünyada nüvə müharibəsi və nüvə silahından istifadə riskinin ən yüksək səviyyədə olduğu bildirilir. ABŞ-ın atom bombası ilə hücumunun dünya tarixində görünməmiş bir hadisə olduğu və bundan daha dəhşətli fəlakətlərin baş verə biləcəyi diqqətə çatdırılır.

Hesabatı yazan Çikaqo Universitetindən Kennet Benedikt mümkün ssenarilər barədə deyib:

“Nüvə silahlarından istifadə çox sayda insanın ölümünə, günəş şüalarının qarşısını almaq üçün toz buludunun əmələ gəlməsinə, qida artımının yavaşlamasına və xaosda nüvə müharibəsindən sağ çıxanların ölümünə səbəb ola bilər. İnsanların aclıqdan ölməzdən əvvəl xaos və zorakılıqla üzləşməsi mümkündür”.

Rusiya-Ukrayna müharibəsi ilə nüvə silahından istifadə riskinin Kuba böhranından bəri ən yüksək səviyyədə olduğu diqqətə çatdırılır, Şimali Koreyanın nüvə silahı sınaqlarına diqqət çəkilir və Hindistanla Pakistan arasında gərginliyin yüksəldiyi xatırlanır.

Hesabatda qlobal istiləşmə və iqlim böhranı ilə ekoloji fəlakətlərin arta biləcəyi də proqnozlaşdırılır.

“Qlobal iqlim dəyişikliyi qidaya ciddi təsir göstərə bilər. Ərzaq istehsalı yavaşlaya, aclıq arta və nəticədə siyasi qeyri-müəyyənlik və qarşıdurma yaranar”, - professor deyib.

Bütün bunlara baxmayaraq, ekspertlər qlobal iqlim böhranının bir ildə kəskin şəkildə dəyişməyəcəyini iddia edir, bunun uzunmüddətli proses olacağını düşünürlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər