22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

07:37 / 12-06-2025

07:42 / 12-06-2025

Etibar Əliyev: “Ali Məhkəmə ittihamla şübhəni bir-birindən ayıra bilmir” - Müsahibə
Tarix: 29-12-2022 14:34 | Bölmə: Slayd

Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsi Milli Məclisin üzvü Etibar Əliyevi ittiham edən açıqlama yayıb. Bundan əvvəl isə Etibar Əliyev Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun hüquq diplomunun həqiqiliyini şübhə altına alan fikirlər səsləndirmişdi.
Reyting.az xəbər verir ki, E. Əliyev məsələ ilə bağlı “AzPolitika.info”-nun suallarını cavablandırıb.
- Etibar müəllim, dekabrın 23-də Milli Məclisdə hakimlərin təyinatı ilə bağlı məsələ müzakirə olunarkən etdiyiniz çıxış geniş əks-sədaya səbəb oldu. Həmin çıxışda Ali Məhkəmənin bir hakiminin diplomunun həqiqiliyinin şübhə doğurduğunu söyləyib, bu istiqamətdə araşdırmaların aparılmasını təklif etdiniz. Bu gün Ali Məhkəmə açıqlama yayaraq, Sizi qərəzli olmaqda ittiham edib...
- Təəssüflər olsun ki, Ali Məhkəmə ittihamla şübhəni bir-birindən ayıra bilmir. Məni ölkədə təhsil üzrə mütəxəssis kimi qəbul edirlər və ali təhsilə dair 100-lərlə məqaləm dərc olunub. Mən adını çəkdiyim hakimin diplomunun həqiqiliyinin şübhə doğurduğunu demişəm. Qara yaxmamışam. Buna da əsaslarım var. Hakimin bioqrafiyasında göstərilir ki, o, Rusiya Hüquq Akademiyasını 3 ilə bitirib. Azərbaycanda və postsovet ölkələrində qiyabi hüquq təhsili azı 5 ildir.
İkincisi, Abiddin Hüseynov bioqrafiyasında ali məktəbin adını da düz yazmayıb. O, Rusiyanın Hüquq Akademiyasının Şimali Qafqaz filialını (cəmisi 1 il oxuyub orda) bitirib. Məlumatda isə Akademiyanın özü göstərilir.
Ali Məhkəmənin məlum məlumatı həmin hakimin diplomunun həqiqiliyi barədə şübhələri 2 qat artırdı.
Məlumatda deyilir ki, Abiddin Hüseynov 2000-ci ildə Rusiya Federasiyasının “Yujdağ” İnstitutunun Hüquqşünaslıq fakültəsinin qiyabi bölməsinə daxil olub. 2002-ci ildə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının Şimali Qafqaz filialının Hüquqşünaslıq fakültəsinə köçürülüb və həmin ali təhsil müəssisəsinin qiyabi bölməsini 2003-cü ildə bitirib. Beləliklə, cəmi bir il təhsil aldığı universitet ona diplom verib. Burda yaranan fərq imtahanları ilə 1 ilə qurtarmaq qeyri-mümkündür. Həmin ərəfədə “Yujdağ” lisenziyası olmayan özəl ali məktəb olub və adını çəkdiyim hakim 2 il orda oxuyub. “Yujdağ”ın Bakıdakı filialı isə yol verilən ciddi nöqsanlara görə 1998-ci ildə fəaliyyətini dayandırıb.
- Ali Məhkəmənin məlumatında qeyd edilir ki, A. Hüseynovdan şəxsi xahişiniz olub və o, bu xahişi yerinə yetirmədiyi üçün ona qərəzli münasibət göstərmisiniz. Bu nə xahiş idi?
- Gərək xahişin adını da yazaydılar. Yenə də cəmiyyəti çaşdırmağa çalışıblar. Bu xahiş mənim özümə aid olmayıb. Mən 20 ildən çoxdur ki, müəllimlərin hüquqlarını qorumaqla bağlı fəaliyyət göstərirəm. Deputat olandan sonra bu fəaliyyətimi daha da genişləndirmişəm. Vətəndaş qəbulunda bir xanım müəllimə mənə hüququnun pozulması barədə müraciət etdı. O, qeyd etdi ki, qanunsuz olaraq əlindən alınmış 6 saat dərsinin geri qaytarılması ilə bağlı rayon məhkəməsi və Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Məndən prosesin obyektiv aparılması üçün Ali Məhkəmənin hakimi Abiddin Hüseynovla danışmağımı xahiş etdi. Mən bir deputat kimi ona işin obyektiv araşdırılmasını xahiş etdim. Abiddin Hüseynov isə apellyasiya instansiya məhkəməsinin qərarını ləğv etdi. Və bu məsələyə nöqtə qoyuldu.
Siz hakimlər müəllimi məcbur edirsiniz ki, deputat işin obyektiv aparılması üçün sizlərə müraciət etsin. Özünüzə inamı artırın ki, bizə müraciət olunmasın.
Yazırlar ki, Etibar Əliyev qəbul edilmiş qərardan narazı qalıb və A. Hüseynov barədə qarayaxma kampaniyasına başlayıb. Mən həmin çıxışımda 3 hakimi tənqid etmişəm. Burda fərdi qərəz necə ola bilər?
İkincisi, Ali Məhkəmənin məlumat yayması ilə bağlı çox məsələlərə aydınlıq gətirildi. A. Hüseynovun diplomunun həqiqiliyi barədə şübhələrimi daha da artırdı. Mən bunu bir mütəxəssis kimi deyirəm.
A. Hüseynov ədalətdən danışır. Belədirsə, pasportunun səhifələrindəki sərhəd keçidinin qeydlərinin surətini də məlumata əlavə etsin.
Digər tərəfdən, “Yujdağ” İnstitutunun akademik arayışını da gizlətməsin. Orada qeyd edilir ki, oranı 2 ilə bitirib və həm də yazılır ki, əyani təhsil 5 ildir. Yayılan məlumat şübhəmi daha da qətiləşdirdi.
Məhkəmə instansiyalarında 10-larla hakim var ki, yerli özəl ali məktəbləri bitiriblər. Burada təəcüblü heç nə yoxdur. Yəni bu adamın “Yujdağ”a üz tutmasının səbəbi nə olub? Bu barədə təkcə mən yox, xeyli insan sual verir. O, belə görünür ki, Milli Məclisə də bioqrafiyası ilə bağlı qeyri-dəqiq məlumatlar təqdim edib.
2013-cü ildən sonra xaricdə təhsil alan diplomların nostrifikasiyası ilə bağlı işlər ciddi xarakter aldı. Nostrifikasiya üçün şəxsin dil bilikləri və sərhəddi neçə dəfə keçməsi, ali məktəbin qanuni olması araşdırılır. A. Hüseynova verilən şəhadətnamədə yenə ali məktəbin adı düz yazılmayıb. 2013-cü ilə qədər bu sahədə çox ciddi qüsurlara yol verilirdi. Cəmi 2 nəfər bu işlərə baxırdı. Onların hər 2-si zaman-zaman ciddi nöqsanlara yol verdiklərinə görə nazirlikdən uzaqlaşdırıldılar.
Rusiyanın qanunsuz fəaliyyət göstərən filiallarından və qanunsuz fəaliyyət göstərən yerli özəl ali məktəblərdən 1000-lərə köçürmələr olub. 1000-lərə saxta diplomlara şəhadətnamələr verilib. Bunlar yenidən araşdırılsa, yer yerindən oynayar. Vəziyyət o həddə gəlib çatmışdı ki, 2013-cü ildən sonra 2500-dən çox saxta diplomlu müəllim məktəbdən kənarlaşdırıldı. Bütün sahələrdə bu cür araşdırmalar davam etməlidir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Bu gün, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Bu gün, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Bu gün, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb