13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycan BMT-də Fransaya qalib gəlib
Tarix: 31-12-2022 01:00 | Bölmə: Slayd
Azərbaycan BMT-də Fransaya qalib gəlib

20-21 dekabr tarixlərindəki müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırkı sədri kimi (daimi və qeyri-daimi üzvlər hər biri bir ay sədrlik edir) tamamilə ermənipərəst bəyanat hazırlayaraq, Laçın-Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət kimi təqdim edib. Amma BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Caliber” portalı yazıb.

Qeyd olunur ki, bəyanatın mətni üzərində diplomatik döyüş 10 gün davam edib.

Məlumata görə, Fransa tərəfdən prosesə birbaşa Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edib.

Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, hazırda Təhlükəsizlik Şurasının sədri olan Fransa 10 gün ərzində Laçın yolundakı vəziyyətlə bağlı bəyanatı qəbul etdirə bilməyib.

“Caliber” yazır ki, bəyanatın qəbul olunmamasında Azərbaycan prezidenti İlham Əliyev və diplomatların müstəsna rolu var:

“Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra ora Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edilib. Rəsmi Bakı tərəfdaşlarının köməyi ilə bəyanatın mətnini o qədər yumşaltmağa nail olub ki, 6-7-ci redaktəsindən sonra faktiki olaraq azərbaycanpərəstə çevrilib, rəsmi Paris ondan tamamilə imtina edib”.

Nəşrin məlumatına görə, Fransanın diplomatik uğursuzluğu o yerə çatıb ki, söhbət artıq bu ölkənin BMT-dəki daimi nümayəndəsi və müavininin Parisə çağırılmasından gedir.

Həmçinin portal Azərbaycanın bu diplomatik döyüşündə Rusiya, Böyük Britaniya, BƏƏ və Albaniyanın dəstəyini xüsusilə vurğulayıb.




Bölməyə aid digər xəbərlər