13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Putin təklənir - Elita Rusiya prezidentinə inamını itirir - Fotolar
Tarix: 01-01-2023 16:39 | Bölmə: Slayd
Putin təklənir - Elita Rusiya prezidentinə inamını itirir

Rusiya prezidenti Valdimir Putinə ölkəsində inam getdikcə azalır. Bu barədə “Washington Post” qəzeti rusiyalı iş adamları, rəsmilər və analitiklərin müsahibələrinə əsaslanaraq yazıb.

Reyting.az
-ın xəbərinə görə, “Uduzmağa öyrəşməyən Putin getdikcə təklənir” başlıqlı məqalədə bildirilir ki, Kreml xarici siyasətdə tədricən təcrid olunur, müharibə uzandıqca Hindistan və Çinlə daha sıx əməkdaşlıq cəhdləri də nəticə vermir. Buna misal kimi Çin prezidenti Si Cinpinin cümə günü Putinlə videokonfrans vasitəsilə keçirdiyi görüş göstərilir.

Məqalədə yazılıb ki, Çin lideri Moskva ilə strateji əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirsə də, “mürəkkəb və olduqca ziddiyyətli beynəlxalq şərtlərin” mövcudluğunu dilə gətirib.

“The Washington Post” Hindistanın baş naziri Narendra Modinin bu ayın əvvəlində Rusiyanın “Kommersant” qəzetinə yazdığı məqaləni də xatırladıb. Qeyd olunur ki, Modi məqalədə “müharibə dövrünə” son qoymağa çağırış edib.



Hətta Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Kremlin istəklərinə diqqət tələb edən Papa Fransisk də son vaxtlar müharibəni nasistlərin yəhudilərə qarşı soyqırımı ilə müqayisə etdiyi xatırlanır.

Qəzet yazır ki, Rusiya daxilində Putinlə bağlı sual işarələrinin sayı artır.

“Washington Post”a danışan rus elitası gələn il nə olacağını proqnozlaşdıra bilmədiklərini və Putinin özünün də nə edəcəyini bilmədiyini deyib.

“Ətrafındakılar arasında böyük məyusluq var. Açığı, Putin nə edəcəyini bilmir”, - adının çəkilməsini istəməyən rusiyalı milyarder deyib. O, Putinin məqsədyönlü hücumlar və digər təhdidlər vasitəsilə sülh danışıqlarını başlatmağa çalışdığını qeyd edib.

“Washington Post”a danışan mənbələr Rusiya liderinin 2022-ci ildə uzunmüddətli illik mətbuat konfransını ləğv etdiyinə də diqqət çəkib və bu, Putinin təcrid olunmasının əlaməti kimi göstərilir.

“Çıxışda plan olmalıdır. Amma plan yoxdur. Məncə, nə deyəcəklərini bilmirlər. Putin tamamilə təcrid olunub. Onsuz da insanlarla danışmağı sevmir. Onun çox dar çevrəsi var idi, indi daha da dardır”, - milyarder bildirib.

Putin isə görüşün təxirə salınmasının səbəbi ilə bağlı bu cür iddialara qarşı çıxıb və daha əvvəl mühüm məsələləri müzakirə etdiyi üçün təkrar etmək istəmədiyini deyib.



Politoloq Tatyana Stanovayanın fikrincə, Putin indi yorğun görünür: “Gizli fəaliyyət planı olsa belə, Rusiya elitasının əksəriyyəti ona inamını itirir. O, elita üçün suallara cavab verməkdə aciz qalan fiqurdur. Elita nəyə inanacağını bilmir və qorxur”.

Stanovaya Rusiya elitası arasında iki fərqli fikrin üstünlük təşkil etdiyinə əmindir: “Rusiyanın dayandıra bilməyəcəyi və dayandırmalı olduğu müharibənin ağır yükünü daşıdığını hiss edən praqmatiklər və eskalatorlar”.

Adının çəkilməsini istəməyən rusiyalı diplomat “Gələcəkdə nə olacağını bilmirik. Başqa bir səfərbərlik dalğası ola bilər. Gələn il iqtisadi vəziyyət daha ciddi şəkildə pisləşməyə başlayacaq”,- deyib.

Onu da qeyd edək ki, Rusiya prezidenti V. Putinin fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibə 11-ci aya keçib. BMT-nin dekabrın 27-də açıqladığı məlumatda bildirilir ki, müharibədə Ukrayna 6884 mülki vətəndaşını itirib, yaralıların sayı 10 min 947-yə çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər