13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ordunun mafiya ilə əməkdaşlığı... - Fotolar
Tarix: 02-01-2023 01:12 | Bölmə: Slayd
Ordunun mafiya ilə əməkdaşlığı...

Milyonlarla insanın həyatına son qoyan II Dünya Müharibəsi bəşər tarixində bir çox ilklərə səbəb olub. Dünyanın yüksək dağıdıcı gücə malik silahlarla, xüsusən də atom bombası ilə qarşılaşdığı tarixin ən böyük fəlakəti syılan II Dünya Müharibəsində mafiyaların ücündən də istifadə olunduğu üzə çıxıb.

Reyting.az
xatırladır ki, 1939-cu il sentyabrın 1-də Polşanın faşist Almaniyası tərəfindən işğalı ilə başlayan II Dünya Müharibəsi havada, quruda və dənizdə qanlı müharibələrə şahidlik edib. Böyük insan faciəsinin yaşandığı müharibədə təxminən 80 milyon insan həyatını itirib, təxminən bir o qədər də insan yaralanıb.

Bəşər tarixinin ən böyük fəlakəti sayılan müharibədə istifadə edilən dağıdıcı silahlardan biri də savaşın ilk anlarında müttəfiq qüvvələrə dənizləri daraldan alman donanmasının istifadə etdiyi sualtı qayıqlar olub.

“Canavar sürüsü” taktikası



Təqvimlər 1942-ci ili göstərəndə Atlantik okeanda hökmranlıq uğrunda mübarizə pik həddə çatır. Qrup halında dövr edən alman sualtı qayıqları “canavar sürüsü” taktikası ilə müttəfiqlərin gəmilərinə hücum edərək ticarət və təchizat xətlərini pozurdu. Alman sualtı qayıqları yüzlərlə gəmini batırır və ABŞ-ın Atlantik okeandakı ən mühüm limanlarından birinin yerləşdiyi Nyu-Yorka yaxınlaşdı. ABŞ 7 dekabr 1941-ci ildə Sakit okeanda oxşar “Perl Harbor” hücumunun Atlantik okean sahilində baş verməsini istəmirdi və nəsə etmək lazım idi. 1942-ci ilin fevralında Fransa tərəfindən idarə olunan və müasirlərindən daha texnoloji və sürətli transatlantik gəmi “SS Normandie” ABŞ tərəfindən ələ keçirilərək Avropaya göndərilməyə başlanır. Hərbi gəmiyə çevrilən “SS Normandie” üzməyə hazırlaşarkən göyərtəsində baş verən yanğın nəticəsində yararsız hala düşərək batır. ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat zabitləri “SS Normandie”nin təxribat nəticəsində batmış ola biləcəyini düşünürdülər. Buna görə limanlarda təhlükəsizlik tədbirləri artırılmalı idi.

Uğursuzluq və mafiya dəstəyi

ABŞ Hərbi Dəniz Qüvvələrinin Nyu-Yorkdakı Dəniz Kəşfiyyat İdarəsinin (ONI) Üçüncü Dəniz Bölgəsi Komandiri Çarlz Radklif Haffenden məsuliyyət zonasında alman və italyan casusluq fəaliyyətlərinə qarşı mübarizə yollarını axtarırdı. Limanlara və balıqçı qayıqlarına yerləşdirdiyi adamlar uğursuzluğa düçar olurdu, çünki onlar yad və şübhəli hesab etdikləri heç kəslə danışmırdılar.



Limanlar, dənizçilər ittifaqları və balıqçı qayıqları demək olar ki, tamamilə Nyu-Yorkda fəaliyyət göstərən italyan mafiyası tərəfindən idarə olunurdu. Nə etməli olduğu aydın idi. Haffenden limanları qorumaq və nəzarət etmək üçün mafiyanın gücündən istifadə etmək qərarına gəlir.

Manhettenin şərqindəki Fulton balıq bazarının çox hissəsini idarə edən və Nyu-York mafiyasının əhəmiyyətli adlarından biri olan Cozef Lanza ilə ilk dəfə təmasda olan Haffenden, mafiyanın donanmaya kömək etmək istəyi qarşısında məəttəl qalmışdı. Nasist diktatoru Adolf Hitlerə və italyan faşist diktatoru Benito Mussoliniyə qarşı çıxan italyan mafiyası tezliklə ABŞ ordusuna kömək etməyə razılaşır. Nyu-York limanında işləyən italyan mühacirlər Lanza vasitəsilə Haffendenə şübhəli vəziyyətlər barədə məlumat verirlər. Balıqçı qayıqlarında işləyən fəhlələrin Almaniya donanmasının gəmilərini yenidən təchiz etməsinin və limanda tətil cəhdlərinin qarşısı alır. Balıqçı qayıqlarında quraşdırılan rabitə sistemləri sayəsində demək olar ki, bütün şərq sahillərindəki dəniz nəqliyyatı dərhal Haffendenə ötürülür.

Lanza ilə əməkdaşlıq nəticə verdikdən sonra donanma kəşfiyyatı, Lanzanın özünün rəhbərliyi ilə mafiyanın digər əhəmiyyətli adı olan Çarlz Şanslı Lusiano ilə əlaqə quraraq, 30 ildən 50 ilə qədər həbs cəzası alan mafiya başçısı ilə razılığa gəlinir. 1936-cı ildə fahişəliyə görə həbsxanaya düşən Lusianonun çöldəki adamları ABŞ ordusuna kömək etməyə başlayır.

Haffenden Lusiano ilə danışıqlarının məxfi saxlanılmasını istəyir və bacardığı qədər bu söhbətlərin trafikini FTB-dən gizlətməyə çalışırdı. Lusianonun başqa həbsxanaya köçürülməsi prosesi standart prosedur kimi göstərilib. Müharibə başa çatdıqdan sonra Luçano ABŞ ilə bağladığı müqaviləyə uyğun olaraq İtaliyaya qayıtmaq şərti ilə azad edilir.

“Husky” əməliyyatı

Mafiya ilə əməkdaşlıq ABŞ-ın şərq sahillərini qorumaqla məhdudlaşmır.



Təqvimlər 1943-cü ili göstərəndə, Almaniya və İtaliyanın rəhbərlik etdiyi ittifaq müharibədə əldə etdiyi qazancları tədricən itirməyə başlayır. Avropanın “yumşaq qarnının” İtaliya olduğunu anlayan ABŞ Avropaya ayaq basmağa hazırlaşır və yenidən mafiya ilə əməkdaşlıq bu məsələni yoluna qoyur. Yeraltı əməliyyat uğurla başa çatdıqda, mafiya ilə əməkdaşlığını artıran ABŞ-ın Avropa torpaqlarında müharibəyə girmək üçün kifayət qədər dəqiq məlumatları yox idi. I Dünya Müharibəsi zamanı Avropa haqqında bütün məlumatlar məhv edilir. Əməliyyatdan əvvəl məlumat toplamağa başlayan ABŞ Siciliya ilə bağlı məlumat toplamağa başlayır. Çarlz Lusiano Siciliyada tanıdığı mafiya liderləri ilə əlaqə saxlayır və ABŞ ordusuna kömək etmək üçün səfirliyə çevrilir. Hakimiyyətə gəldiyi gündən Benito Mussolini ilə qarşıdurmada olan Siciliya mafiyası qısa zamanda bu təklifi qəbul edərək ABŞ ordusunun “Husky” desant əməliyyatına dəstək verir. Almaniyanın Şimali Afrikadakı hərbi mövcudluğuna son qoyan müttəfiq dövlətlər 1943-cü il iyulun 9-dan 10-a keçən gecə Siciliyaya enir və əhəmiyyətli irəliləyişə nail olur.






Bölməyə aid digər xəbərlər