13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyənin ən böyük hərbi gəmisi hədəfdədir
Tarix: 03-01-2023 15:11 | Bölmə: Slayd
Türkiyənin ən böyük hərbi gəmisi hədəfdədir

Türkiyənin ən müasir hərbi gəmisi - “TCG Anadolu” yenidən Yunanıstan üçün hədəfə çevrilib. Yunan mediası gəmi ilə bağlı qalmaqallı məlumatlar yayır.

Reyting.az
xəbər verir ki, “To Vima” Türkiyə-Yunanıstan-Liviya üçbucağında baş verənləri sadalayır və məsələnin mahiyyətində enerjinin durduğunu bildirir. Çünki rəsmi Ankara Şərqi Aralıq dənizi və daha geniş regiondakı rolundan əl çəkməyəcəyini açıq şəkildə bəyan edib. Xüsusilə də enerji məsələsində.

ABŞ-ın vasitəçiliyi ilə imzalanan İsrail-Livan razılaşmasının Türkiyə və Yunanıstan üçün də model ola biləcəyi ilə bağlı proqnozların yer aldığı təhlildə inkişafların başlayacağı yer kimi Yunanıstan-Liviya-Misir üçbucağı göstərilir.



Cənubi Kiprin kəşf etdiyi yeni “qoruğa” toxunan təhlildə 2023 inkişaf ili kimi göstərilir.

CNN telekanalı isə “Egeydə “F-16”lar və pilotsuz uçuş aparatları ilə bağlı yeni pozuntu yağışı” başlıqlı təhlildə iddia edib ki, Türkiyənin döyüş təyyarələri və PUA-ları yeni ilin ikinci günündə ümumilikdə 50 dəfə Yunanıstanın hava sahəsinə daxil olub.

“TCG Anadolu”ya da yer ayıran CNN-Yunanıstan, Ankaranın yeni güc nümayişi vasitəsinin əvvəlcə ABŞ-ın “F-35”ləri üçün nəzərdə tutulduğunu, lakin döyüş təyyarələri verilmədikdən sonra “batmış layihə”yə çevrildiyini iddia edib. Hazırda “TCG Anadolu” kimi gəmilərdən havaya qalxa bilən döyüş təyyarələrinin olmadığını iddia edən telekanal, bahalı gəminin helikopter uçuş zolağı olduğunu bildirib.

Telekanal yunan ordusunun adlarını açıqlamayan rəsmilərinə istinadla diqqətə çatdırıb ki, “TCG Anadolu” kimi bir gəmi çox böyükdür və Egey dənizinin qapalı mühitində asan hədəfdir:

“Qaçırmaq mümkün deyil, gəmi çox böyükdür və onun müdafiə imkanları məhduddur”,- deyə Türkiyənin hərbi gəmisi təhdid olunur.



“Müharibə ssenariləri” alt başlığından istifadə edən CNN-Yunanıstan bildirir ki, Ankara faktiki olaraq dünyada məşhur silahlı pilotsuz uçuş aparatlarının yerləşdiriləcəyi gəmini mümkün qazma qurğularına qarşı müdafiəni təmin etmək üçün Kritin cənubunda və ya Kipr ətrafında yerləşdirmək niyyətindədir. Telekanal Türkiyənin ən böyük döyüş gəmisinin Yunanıstan ordusu üçün təhlükə yaratmadığını iddia edib.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl istismara verilən “TCG Anadolu” hərbi gəmisi hazırda dünyanın ən yaxşısı hesab olunur. Gəmidə qırıcı təyyarə və dronlarla yanaşı tankların da mövqe tutmaq imkanı var.

Reyting.az




Bölməyə aid digər xəbərlər