13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Səddam Hüseyni yaxalayan ABŞ əsgəri: “Ona dedim ki...”
Tarix: 03-01-2023 15:58 | Bölmə: Slayd
Səddam Hüseyni yaxalayan ABŞ əsgəri: “Ona dedim ki...”

İkinci Körfəz Müharibəsindən sonra itkin düşən və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən axtarılan İraqın keçmiş rəhbəri Səddam Hüseyni əsir götürmüş əsgər sükutu pozub. ABŞ əsgərinin açıqlaması ilə 20 illik bir sirrin üstü açılıb.

Reyting.az
-ın xəbərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri paytaxt Bağdada girdikdən sonra Səddam Hüseyni yaxalayan əsgər diqqətçəkən açıqlamalar verib.



Texaslı əsgər Kevin Holland bildirib ki, Səddam Hüseyni gizləndiyi yerdən çıxarıb. O, devrilmiş lider Səddam Hüseynin əlini bağladıqlarını və ona “prezident Buş salam göndərir”,- deyiblər.

Holland bildirib ki, Səddam onlara ingiliscə danışıqlara açıq olduğunu söyləsə də, ona “artıq gecdir”,- cavabını veriblər. Çəkdikləri görüntülərin ABŞ mətbuatında dərc olunduğunu bildirən Holland, devrilmiş liderin bu qədər müddət bir çuxurda necə sağ qalması ilə bağlı suala “Səddam Hüseyn orada çox qalmayıb”, - cavabını verib.

Holland əlavə edib ki, S. Hüseynin bölgədə iki mühafizəçisi olub.



Xatırladaq ki, 1937-ci ildə Tikritdə anadan olan Səddamın siyasətlə tanışlığı ilk gənclik illərinə təsadüf edir. Həmin günlərdə ərəb dünyasına hakim olan millətçi-azadlıq və anti-imperialist küləyi qarşısında özünü itirən Səddam gənc yaşlarında Bəəs Partiyasına qoşulub. 1956-cı ildə uğursuz çevrilişə cəhd edib. Monarxiya sona çatdıqdan sonra baş nazir Əbdül Kərim Hassamı öldürmək üçün yaradılmış sui-qəsd təşkilatında mühüm rol oynayıb. Lakin bunun üstü açılıb və Səddam ölkədən qaçmağa məcbur olub.

1963-cü ildə Bəəs Partiyası hakimiyyətə gəldikdən sonra o, ölkəsinə qayıdıb. Bu arada ailə qurub, ikisi oğlan, üçü qız olmaqla beş övladı olub. Lakin illər keçdikcə onunla Bəəs Partiyası arasında fikir ayrılıqları dərinləşib və Səddam həbs edilib.

1968-ci il çevrilişi Səddamı həbsdən xilas edib. Partiyada sürətlə yüksələn Səddam, barışmaz qətiyyəti və möhkəmliyi sayəsində Bəəs-in ən mühüm strukturlarından biri olan İnqilab Şurasına daxil olub. Zamanla o, öz mövqeyini möhkəmləndirib və prezident Əhməd Həsən Bəkrinin hakimiyyətinin arxasında əsas güc mənbəyinə çevrilib. 1979-cu ildə o, dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirərək rəqiblərinə qarşı amansız “məhv” kampaniyasına başlayıb.



1980-ci ildə Səddam İrana müharibə elan edib. Onun hesablamaları bu müharibədə Qərbin dəstəyini asanlıqla alacağına və təlatümlü günlər keçirən İranın çox müqavimət göstərə bilməyəcəyinə əsaslanıb. Müharibənin ilk günlərində İraq qoşunları mühüm su ərazisi olan Şatt əl-Ərəbi ələ keçirib. Lakin İran Səddamın gözlədiyindən daha güclü olub.

8 illik müharibə yüz minlərlə insanın ölümü ilə nəticələnib. Hər iki ölkənin iqtisadiyyatı da məhv edilib.

Neftin gücünü çox yaxşı bilən Səddam İran müharibəsindən ümid etdiyi gəliri əldə edə bilməyəndə diqqətini Küveytə çevirib. 1990-cı il avqustun 2-də Səddamın qoşunları Küveyti işğal edib. Küveytin işğalından təşvişə düşən digər Körfəz ölkələri Qərbə yaxınlaşıb və Səudiyyə Ərəbistanı öz ərazisini çoxmillətli güclərə açıb. Səddamı geri çəkilməyə inandırmaq cəhdləri nəticəsiz qaldıqda, yanvarın 17-də müharibə başlayıb. Səddam müharibəni “bütün müharibələrin anası” adlandırsa da, beynəlxalq qüvvələr qarşısında geri çəkilməli olub və İraqda embarqoların kölgəsi altında bir həyat yaşamağa başlayıb.

İkinci Körfəz Müharibəsindən sonra Səddam, ailəsi və ən yaxın adamları gizlənib. Səddamın kadrları bir-bir ələ keçirilərkən, qəddarlığı ilə ad çıxaran Səddamın oğulları Uday və Qusay öldürülüb. Koalisiya qüvvələri Səddamın doğulduğu Tikrit və onun ətrafında axtarışları gücləndirib. Zaman-zaman ortaya çıxan, Səddamın sağ olduğunu və müqaviməti təşkil etdiyinin bildirildiyi lentlər ABŞ-ın rəhbərlik etdiyi qüvvələrin ruhdan düşməsinə səbəb olub. Lakin 14 dekabr 2003-cü il şənbə günü Səddam tutulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər