13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Təhlükəyə çevrilmiş oliqarxlar dövrü başa çatır
Tarix: 04-01-2023 11:15 | Bölmə: Slayd
Təhlükəyə çevrilmiş oliqarxlar dövrü başa çatır

Son 30 ildə Ukraynanın daha zəngin iş adamları, daha doğrusu, oliqarxlar ölkədə böyük iqtisadi və siyasi gücə malik olublar. Lakin Rusiya ilə müharibə zamanı onlar milyardlarla dollar itiriblər. Hazırda Ukrayna oliqarxiyası arxa plana keçib, əvəzində güclü və müharibə aparan dövlət ön plana çıxıb.

Reyting.az
xəbər verir ki, bir çoxlarının fikrincə, Ukraynanın ən varlılarından olan 56 yaşlı Rinat Axmetov oliqarx tərifini ən aydın şəkildə əks etdirən şəxsdir. Mədənçi oğlu olsa da, milyardlara sahiblənməyi bacarmış R. Axmetov ölkəsində “Donbas kralı” kimi tanınır.

Hazırda dağıdılmış Azovstal polad zavodu da daxil olmaqla, ölkənin şərqində çoxlu polad və kömür investisiyaları olan iş adamı ölkənin ən böyük futbol komandası “Şaxtyor Donetsk”in də sahibidir.

R. Axmetov son vaxtlara qədər həm də ən məşhur telekanallardan birinin sahibi olub.



Qeyd edək ki, ukraynalı oliqarxlar sərvətləri ilə yanaşı, siyasi nüfuzları ilə də məşhurdurlar.

2017-ci ildə Londonda yerləşən “Chatham House” analitik mərkəzi Ukrayna üçün ən böyük təhlükənin oliqarxlar olduğunu iddia etmişdi. Qeyd olunur ki, oliqarxlar öz müttəfiqləri və sadiq müavinləri vasitəsilə dəfələrlə öz maraqlarına uyğun qanunların qəbuluna nail olublar.

Ukrayna lideri Vladimir Zelenskinin sözlərinə görə, bu iş adamları özlərini siyasətçilərdən, dövlət məmurlarından və hakimlərdən daha vacib hesab edən bir qrupdur.

Lakin bir çox sadə ukraynalılar kimi oliqarxların bir qismi də 2014-cü ildə Ukraynanın şərqində baş verən müharibə ilə Rusiyanın işğalında öz varlığını itirib.

Bir çox ukraynalı hesab edir ki, Axmetov doğma şəhərində rusiyayönlü separatizmə qarşı kifayət qədər tədbir görmür. Rusiya Donbası işğal edərkən, Axmetov etiraz əlaməti olaraq fabriklərində sirenlər çalıb və separatçılara qarşı tənqidi açıqlamalar verib. Lakin Rusiyaya qarşı müqaviməti maliyyələşdirmək üçün kifayət qədər addımlar atmadığı üçün tənqid edilib. Xüsusilə başqa bir ukraynalı milyarder İqor Kolomoyskinin etdikləri ilə müqayisə olunduqda.

2014-cü ilin martında Kolomoyski ölkənin cənub-şərqində yerləşən Dnepropetrovsk vilayətinin qubernatoru təyin edilib. Döyüşlər başlayanda Kolomoyski könüllü müqavimət bölmələrinin hesabına milyonlarla dollar köçürüb.

Kolomoyski rusiyapərəst yaraqlıları ələ keçirməyə görə pul mükafatı vədini də verib, Ukrayna ordusunu yanacaqla təmin edib. Lakin 2019-cu ildə o, Ukraynanın o vaxtkı lideri Petro Poroşenko ilə qarşılaşıb. Parlamentin qəbul etdiyi qanun neft şirkətinin nəzarəti itirməsinə səbəb olub. Buna cavab olaraq o, bir qrup silahlı ilə şirkətin qərargahına gəlib. Sonrakı illərdə ölkənin şərqində münaqişələr artdıqca, oliqarxlar çoxlu fabrik, tarla və mədənlərini itiriblər. Növbəti zərbə isə Ukrayna parlamentinin qəbul etdiyi “De-oliqarxiya haqqında qanun” olub.

Zelenski tərəfindən dəstəklənən bu qanun üç şərti yerinə yetirənləri oliqarx elan edir: siyasətdə nüfuz sahibi olmaq, mediada nüfuz sahibi olmaq, öz sahəsində inhisarçı olan şirkətə sahib olmaq və hər il milyonlarla dollar qazanmaq.

Bu tərifə əsasən oliqarxlara əlavə nəzarətlər tətbiq edilib, onların siyasi partiyalara ianə verməsi qadağan olunub. Bu siyahıya düşməmək üçün R. Axmetov nəzarətindəki medianı satıb.

2022-ci ilin fevralında Rusiyanın işğalı son zərbə olub. Artan münaqişə Ukraynanın ən varlı adamlarının gəlirlərini daha da azaldıb.

Burada başqa, bir sual da ortaya çıxıb: Oliqarxların zəifləməsi Ukrayna demokratiyasını gücləndirəcəkmi?

“Ukrainska Pravda”nın baş redaktoru Sevgil Musayeva deyir ki, bu müharibə Ukraynadakı oliqarxların sonunun başlanğıcı olub. Musayevanın sözlərinə örə, bundan sonra Ukraynada vətəndaş cəmiyyəti və korrupsiyaya nəzarət etmək üçün yaradılmış institutlar yeni oliqarxlara imkan verməməlidir.

Digər tərəfdən, Ukraynada demokratiyanın taleyi Rusiya ilə müharibənin nəticəsindən asılı olacaq.

Əvvəllər Ukraynanın aparıcı araşdırmaçı jurnalistlərindən biri, indi isə prezident Zelenskinin məsləhətçisi olan Sergey Leşçenko bildirib ki, De-oliqarxiya qanunu onların dağılmasına səbəb olan ən böyük amillərdən biridir. Leşçenko əlavə edib ki, müharibənin şiddətlənməsi oliqarxların vəziyyətini daha da çətinləşdirib. Onlar həm də siyasətlə məşğul olmaq əvəzinə, sağ qalmağa diqqət yetirirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər