13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
ABŞ-da qalmaqal: dəfn evinin sahibi 560 cəsədi cərrahi təlim şirkətlərinə satıb
Tarix: 04-01-2023 19:12 | Bölmə: Slayd
ABŞ-da qalmaqal: dəfn evinin sahibi 560 cəsədi cərrahi təlim şirkətlərinə satıb

ABŞ-ın Kolorado ştatındakı dəfn evinin sahibi 46 yaşlı Meqan Hess 560 cəsədi parçalayaraq satıb.

Reyting.az
ABŞ mətbuatına istinadla xəbər verir ki, Meqan Hess mərhumların ailələrini aldadaraq, cəsədlərin müəyyən hissələrini cərrahi təlim şirkətlərinə icazəsiz satmaqda təqsirli bilinirək, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hessin 69 yaşlı anası Şirli Kox da təqsirini etiraf edib və ona 15 il həbs cəzası verilib.

Məhkəmə sənədlərinə görə, Koxun əsas rolu cəsədləri parçalamaq olub.

Prokuror Tim Neff ikilinin bu çərçivədə saxta ianə formaları hazırladığını bildirib.

Xatırladaq ki, ABŞ-da transplantasiya üçün ürək, böyrək və vətər kimi orqanların satışı qanunsuzdur. ABŞ qanunları yalnız bu orqanların donorluğuna icazə verir.

Bununla belə, baş, qol və onurğa kimi bədən hissələrinin tədqiqat və ya təhsildə istifadə üçün satışı ilə bağlı qanuni tənzimləmə yoxdur.

Digər tərəfdən, araşdırmalardan sonra məlum olub ki, ana və qızdan bu hissələri alan şirkətlər dələduzluqdan xəbərsiz olublar. Yəni ikili saxta sənədlər verərək mərhumların ailələrini aldadıb, eləcə də şirkətlərə xəbərləri olmadan cəsədlərin parçasını satıblar.

Onu da qeyd edək ki, bundan əvvəl Nyu-Yorkda cəsədləri gübrəyə çevirmək qərarı verib. Gübrələmə tərəfdarları bunun ekoloji cəhətdən təmiz bir üsul olduğunu və bir çox şəhərlərdə qəbiristanlıq problemini həll edəcəyini bildiriblər. Bu üsul tabutun dəfni və kremasiyası ilə müqayisədə ekoloji cəhətdən daha təmiz hesab olunur. 2019-cu ildə Vaşinqton bu təcrübəyə icazə verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər