13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dövlətlər gizlədilmiş xəzinənin axtarışına başlayıb - Fotolar
Tarix: 05-01-2023 14:49 | Bölmə: Slayd
Dövlətlər gizlədilmiş xəzinənin axtarışına başlayıb

İkinci Dünya Müharibəsi zamanı nasist əsgərlərinin qarət etdiyi milyonlarla dollarlıq xəzinələrin harada gizlədildiyini göstərən xəritə ilk dəfə ictimaiyyətə təqdim olunub. On illərdir Hollandiya Milli Arxivində saxlanılan xəritə İkinci Dünya Müharibəsi ilə bağlı yüzlərlə sənədlə birlikdə nümayiş etdirilib.

Reyting.az
xəbər verir ki, bu gün bütün dünyanın diqqətini çəkən sənəddə nasist əsgərlərinin 1944-cü ildə Arnhem döyüşü zamanı oğurladıqları qiymətli əşyaların harada gizlətdikləri göstərilir.



Xəritədə göstərilənlərə əsasən, zinət əşyaları və brilyantlar Hollandiyanın orta Gelderland bölgəsindəki Ommeren kəndi yaxınlığında basdırılıb.

“Times”in məlumatına görə, illər ərzində gizli xəzinənin tapılmasına çoxsaylı cəhdlər olub. Hollandiya dövləti qənimətin tapılmasına kömək etmək üçün əraziyə bir nasist zabiti gətirsə də, axtarışlar nəticəsiz qalıb.

Hollandiya Milli Arxivindən Annet Vaalkens Omroep bildirib ki, Arnhemin müdafiəsi zamanı Rotterdamsche Bankında partlayış baş verib və nasist əsgərləri qənimətləri götürərək hadisə yerindən qaçıblar.



Milyonlarla dollar dəyərində olduğu ehtimal edilən qənimətlə bağlı üç əsas ssenari gündəmdədir:

1) Qənimət xəzinə ovçuları tərəfindən tapılıb.

2) Təsadüfən tapılıb və bildirilməyib.

3) Müharibə bitməmiş nasist əsgərləri bölgəyə gələrək qənimətləri götürüblər.

Nasistlərin gizli xəritəsi də daxil olmaqla sənədlər Hollandiyanın “Arxivlərə Açıq Giriş Günü” çərçivəsində dərc edilib.

Qeyd edək ki, nəşr olunan tarixi sənədlər arasında konsentrasiya düşərgələrində təqib iddialarını araşdıran komitənin hesabatları da var.



Digər tərəfdən, Sileziya Körpüsü Vəqfi adlı araşdırma qrupu, Birinci Dünya Müharibəsi zamanı da nasist ordusunun Polşada gizlətdiyi gizli xəzinəni tapmaq üçün uzun müddətdir çalışır. Polşanın cənubundakı Minkovskie qəsəbəsində köhnə bir sarayın altında qazıntı işləri aparan qrup, keçən may ayında dörd tonluq metal qutu tapıb. Qutuda başqa xəzinələri ortaya çıxara biləcək gizli sənədlər olub. Hazırda bu istiqamətdə də işlər davam etdirilir.

Beləliklə, təkcə xəzinə ovçuları deyil, dövlətlər də Adolf Hitlerin gizlətdirdiyi xəzinəni tapmağa çalışır.

Reyting.az




Bölməyə aid digər xəbərlər