13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rasim Musabəyov: “Sülh gözləntiləri özünü doğrultmur”
Tarix: 05-01-2023 17:20 | Bölmə: Slayd
Rasim Musabəyov: “Sülh gözləntiləri özünü doğrultmur”

“Filip Riker ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi idi. O, Qafqazdakı konfliktlərin həlli ilə məşğul olmaqla yanaşı, həm də dövlət katibinin baş müşaviri vəzifəsində çalışırdı. Riker təcrübəli diplomatdır. Əslində onun xüsusi nümayəndə təyin edilməsi göstərirdi ki, ABŞ sülh prosesini ilin sonuna qədər hansısa nəticəyə gətirmək niyyətindədir. ABŞ danışıqlarda müəyyən qədər fəallıq edirdi. Məsələn, xarici işlər nazirləri dövlət katibi Blinkenlə görüşmüşdü, eyni zamanda yüksək çinli dövlət rəsmiləri ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivanla birgə müzakirələr aparmışdılar. Ancaq təəssüflər olsun ki, hələ də nəticə yoxdur və Azərbaycan ilə Ermənistan arasında gərginlik artan xətlə davam edir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Rasim Musabəyov bu gün ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Filip Rikerin səlahiyyət müddətinin başa çatmasına münasibət bildirərkən deyib.

Politoloq R. Musabəyov əlavə edib ki, əslində səfir Riker yaşına görə vəzifədən getmək istəsə də, onu müəyyən müddət bu işində saxlayırdılar: “İstəyirdilər ki, bu işlə məşğul olsun, prosesin irəliyə aparılmasına göməkliyi dəysin. Amma alınmadı.

Dövlət Departamentinin sözçüsü Prays qeyd edib ki, bu yaxınlarda dövlət katibi Blinken həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı aparmaq istəyir. Yəni narahatlıq üçün əsaslar var”.

R. Musabəyov diqqətə çatdırıb ki, dünyanın populyar araşdırma mərkəzləri Azərbaycan ilə Ermənistan arasında müharibə ehtimalından danışırlar: “Yəni analitik materiallar var. Beynəlxalq Böhran Qrupu bu barədə mövqeyini ifadə edib. Eləcə də ABŞ mediasında analitik materiallar ortaya çıxıb. Yəni durum ürəkaçan deyil və sülh gözləntiləri özünü doğrultmur”.

Politoloq xatırladıb ki, hazırda Laçın yolu üzərində azərbaycanlı ekofəalların etirazı davam edir. Onun sözlərinə görə, gərginliyin haraya qədər gedib çıxacağını indi söyləmək çətindir: “Mənə elə gəlir ki, yaxın zamanlarda gərginliyin artmasını müşahidə edəcəyik. Gərginliyin artmasına səbəb isə Ermənistandır. İrəvan faktiki olaraq danışıqlarda maraqlı olmadığını davranışları ilə nümayiş etdirir. Güman edirəm ki, sonda Ermənistan belə hərəkətlərə görə peşman olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər