13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Rusiyada hakimiyyətdaxili savaş böyüyür - Fotolar
Tarix: 05-01-2023 17:56 | Bölmə: Slayd
Rusiyada hakimiyyətdaxili savaş böyüyür

Son həftələr Rusiya-Ukrayna müharibəsində zorakılıqların artması ilə yanaşı, Rusiya hakimiyyəti daxilində müəyyən qarşıdurmaların baş verməsi ilə bağlı iddialar da səsləndirilir. 2014-cü ildə Krımın ilhaqına öncülük etmiş və Rusiyanın hərbi sahəsində önəmli füqurlardan olmuş İqor Strelkov deyib ki, Putinin ətrafındakı şəxslər prezident kürsüsünə yiyələnmək üçün ciddi rəqabət aparırlar.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, 2014-cü ildən Ukraynanın şərqində rusiyayönlü separatçılarla Ukrayna qüvvələri arasında gedən müharibənin ən mühüm simalarından olan keçmiş komandir İ. Strelkov Kremldəki qarşıdurmalarla bağlı növbəti açıqlama verib.

Qeyd edək ki, İ. Strelkov vaxtilə Rusiya prezidenti V. Putinə yaxın şəxslərdən biri sayılırdı və 2014-cü ildə Krımın ilhaqı ilə yanaşı, Donetskdəki rus milislərinə rəhbərlik edirdi. Amma indi Kremlə və Putinə münasibətdə sərt tənqidləri ilə gündəmə gəlir.



Strelkovun iddiasına görə, indi Kremldə birincilik uğrunda mübarizə artıb.

Rusiyanın Ukraynada hərbi fəlakətlə üzləşdiyini deyən Strelkovun iddiasına görə, Putinə yaxınlığı ilə tanınan “Vaqner”in qurucusu Yevgeni Priqojin də daxil olmaqla, bir çoxları prezidentlik uğrunda gizli mübarizə aparırlar.

Strelkov bildirib ki, Kremldəki “daxili müharibə”nin kənarda da təsirləri olacaq.

Strelkov diqqəti “Vaqner”in rəhbəri Priqojinin son vaxtlar Rusiya dövlət mediasında daha çox tanınan şəxsə çevrilməsinə, müdafiə naziri və ya dövlət başçısı olmaq niyyətini getdikcə daha çox nümayiş etdirməsinə yönəldib.



Ukraynada böyük məğlubiyyətə uğramamaq üçün Putinin “tam səfərbərlik” elan etməli olduğunu da deyən Strelkov əlavə edib ki, müdafiə naziri Şoyquya qarşı da ordu daxilində böyük iğtişaşlar baş verir.

Onu da qeyd edək ki, Rusiyada dövlət çevrilişinə hazırlıq iddiaları bundan əvvəl də mətbuatda yer almışdı. Rusiya liderinin müharibədəki uğursuzluq səbəbindən devrilmə ssenariləri müzakirə olunarkən, ölkənin kənd təsərrüfatı naziri Dmitri Patruşevin mümkün çevriliş ssenarisinə rəhbərlik edəcəyi ilə bağlı iddialar da səsləndirilib. İddiaya görə, sanksiyalar səbəbindən ciddi itkilərlə üzləşən oliqarxlar da Dmitri Patruşevə dəstək verəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər